Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 14 fevral 2021-ci il tarixində Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər ediblər. Dövlətimizin başçısı səfər zamanı bildirib ki, torpaqların bərpası prosesi artıq
başlamışdır. Dağılmış bütün kəndlərin bərpası həyata keçiriləcək.
İşğaldan azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Qarabağ
cənnətə çevriləcək. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, biz bundan
sonra bu torpaqlarda əbədi yaşayacağıq.
Erməni işğalından azad olunmuş həmin ərazilərdə dövlət tərəfindən “ağıllı
şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq.
Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir
dövrdə görülən işlər dövlətimizin güc və qüdrətini nümayiş etdirir. İlk “ağıllı kənd”
layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası
əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı
kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su
elektrik stansiyası inşa edilib.
Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib
və birinci mərhələ başa çatıb.
Minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatdırılacaq, dəymiş
ziyan qiymətləndiriləcək. Artıq infrastruktur layihələrinə başlanılıb. Azad edilmiş
torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək.
Ərazilərdə bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su
veriləcək. Bununla da, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf
edəcək, məhsuldarlıq artacaq. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi
qüvvəsi səfərbər edilib, 7 min hektarda əkin işləri aparılıb.
Cənab Prezidentin dediyi kimi, işğal altında olan vaxtlar Azərbaycan kəndləri
ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, yaradılan şərait it damından
fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan
yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə
orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər.
Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı
qələbəsindən sonra bərpa olunmağa başlamışdır. Dağıdılmış evlər erməni faşizminin
törətdiyi əməllərdir. Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində, dekabrın 1-nə qədər demək
olar ki, bütün bu su elektrik stansiyalarını – Laçın rayonu ərazisində 5, Kəlbəcər
rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb,
stansiyaların binalarını da məhv edib. İşğalçı rejim tərəfindən Azərbaycana qarşı ekoloji terror törətmişdir. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun
qabağını kəsməsi nəticəsində bir neçə rayonumuzda yüz min hektardan çox torpaq
susuz qalmışdır.
1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay
qoruğunun bərpasına start verilib. Ölkə Prezidentinin göstərişilə azad edilmiş bütün
torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Azad edilmiş
bütün torpaqlarda “yaşıl enerjidən” su, günəş, külək enerjisindən istifadə olunacaq.
Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə
təchiz ediləcəkdir. Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində
qanunsuz istismar edilmiş, dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək.
Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-
Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat
infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini
asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu
nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Vətən müharibəsində tarixi qələbəmizin mühüm əhəmiyyəti vardır. Əlbəttə,
qələbə nəticəsində doğma torpaqlarımız işğalçılardan azad edildi, düşmən
torpaqlarımızdan qovuldu. Ölkəmizin ərazi bütövlüyünü bərpa olundu. Bütün
dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş etdirildi. Ölkəmizin
gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı. Bu
ərazilərdə yaradılacaq dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və
beləliklə, Prezidentin dediyi kimi, bölgə ölkələri bu yolun tikintisinə böyük maraqla
yanaşırlar. Dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün
xüsusi əhəmiyyəti vardır.

Təəssüflər olsun ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş
qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə
çalışırlar. Bunun cavabını verən Prezident İlham Əliyev vurğulayıb ki, biz hər şeyə
nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını
qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan
qovmuşuq. Ermənistan ordusu demək olar ki, məhv edilib. Ermənistan noyabrın 10-
da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını
qaytarmağa məcbur olmuşdur. Ermənistanın və onun bəzi xarici havadarları yalnız
beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik
verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında
qalmasını istəyirdilər.

Azərbaycan Prezidenti milli maraqlara söykənən möhtəşəm xidmətləri
sayəsində Vətən müharibəsi modeli seçilmiş, ölkəmizi addım-addım qələbəyə
hazırlanmış və “dəmir yumruq əməliyyatı” ilə düşmənə sarsıdıcı zərbə vurulmuşdur.
Keçmişin səhvlərini unutmaq olmaz. Laçın rayonunun işğal altına düşməsi faktiki
olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 1992-ci il
mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına
düşdü. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Prezident İlham
Əliyev dediyi kimi, Laçın rayonunu və Şuşanı satanlar eyni adamlardır.
AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə
satıb, bu xəyanəti edib, bu cinayəti törədib. AXC-nin nəzarəti altında qüvvələr olsa da, Şuşanı boşaltmışdılar. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi,
müdafiə olunmurdu. Sonra Laçın rayonunu da satmış, ondan sonra heç bir ay
keçməmiş hakimiyyətə gəlmişdilər. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına
düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik etmişlər. Azərbaycan xalqı bu
tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!
Yalnız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin altında müzəffər Ordumuz torpaqlarımızı düşməndən azad edib. Bizim
Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etmişik.