İki maşın toqquşdu, 1 nəfər maşından güclə çıxarıldı

Ağcabədidə iki minik maşını toqquşub.

FHN-dən verilən xəbərə görə, Ağcabədi rayonunda “Mitsubishi” və “VAZ” markalı iki minik avtomobilinin toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Mitsubishi” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər