17.6 C
Aghjabadi
Cümə, May 20, 2022

BMT QAK və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardımları Ağcabədi və Ağdamda paylanılmağa başlandı

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda münaqişədən zərər çəkmiş insanlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən ianə edilən zəruri yardım əşyalarını paylamağa başlayıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, bu günədək BMT QAK münaqişədən zərər çəkmiş icmaların, təqribən 2400 ailənin və ya 10 mindən çox insanın istifadəsi üçün Azərbaycana 30 min ədəd ədyal, 10 min kvadratmetr plastik çadır, 4 min ədəd mətbəx dəsti, 443 ədəd şəxsi gigiyena dəsti (sanitariya-gigiyena əşyaları), 12 min ədəd yastıq və 2554 ədəd döşək göndərib və ya yerli bazardan satın alıb.

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti mandatına və missiyasına uyğun olaraq zərər çəkmiş əhaliyə fövqəladə humanitar yardımların çatdırılmasında fəal iştirak edib. Biz ölkənin bir neçə şəhər və rayonlarında münaqişədən zərər çəkmiş insanlara zəruri yardım əşyalarının paylanması üçün BMT QAK ilə son dövrdə genişlənən tərəfdaşlığımızı yüksək qiymətləndiririk”, – deyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev bildirib.

Yardım əşyalarının paylanmasına cavabdeh olan Azərbaycan Qızıl Aypara Cəmiyyətindən əlavə, Ağdam və Ağcabədi rayonlarının icra hakimiyyətləri də bəzi zəruri yardım əşyalarını, o cümlədən 3108 ədyal, 8 min kvadratmetr plastik çadır, 443 ədəd mətbəx dəsti, 443 ədəd şəxsi gigiyena dəsti (sanitariya-gigiyena əşyalarını), 1554 ədəd döşək və 3108 ədəd yastıqdan ibarət humanitar yardımı birbaşa BMT QAK-dan alıb və sərt qış aylarında yardıma ən çox ehtiyacı olanlara paylamağa başlayıb.

Münaqişədən zərər çəkmiş Tərtər rayonunda 400 ailəyə mətbəx dəsti, yorğan, döşək və yastıqlar paylanıb. Yardım əşyaları Tərtər şəhərinin kənarında yerləşən Şıxarx məktəb binasında müvəqqəti məskunlaşan ailələrə də çatdırılıb.

Bir neçə dəfə köçkün düşmüş 40 yaşlı bir kişi ailəsinin xüsusilə soyuq qışda çox ehtiyac duyduğu bu əşyaları gətirənlərin hamısına minnətdar olduğunu söylədi. “Qonşularımızın və qohumlarımızın, yerli hakimiyyət orqanlarının və humanitar təşkilatların dəstəyi olmadan sağ qalmazdıq, çünki demək olar bütün ev əşyalarını itirmişdik. Bu səbəbdən belə çətin bir dövrdə istənilən yardım minnətdarlıqla qarşılanır”.

“BMT-nin Qaçqınlar üzrə Agentliyi olaraq biz 1990-cı illərdən bəri bölgədəki didərgin düşmüş insanlara dəstək verməklə məşğuluq. Bizə həvalə olunmuş vəzifələrimizə uyğun olaraq, münaqişə nəticəsində didərgin düşmüş insanlara, o cümlədən geri qayıdan məcburi köçkünlərə milli hakimiyyət orqanları və bütün əlaqədar qurumlarla sıx koordinasiya şəraitində yardım etməyə hazırıq”, – deyə BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Guido Ambroso bildirib. “Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmış 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq, didərgin düşənlərin geri qaytarılmasında BMT QAK-ın oynaya biləcəyi rolu bundan sonra da müzakirə etmək üçün səlahiyyətli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”.

BMT QAK Azərbaycanda ən həssas durumda olan didərgin insanların çətinliklərini azaltmaq üçün daha çox zəruri ehtiyac duyulan əşyaların satın alınmasını həyata keçirir. Hazırda BMT QAK-ın daha bir ianəsi Azərbaycana yetişməkdədir. Buraya təxminən 300 odadavamlı ailə çadırı, 9 min möhkəmləndirilmiş plastik çadır, təxminən 5 min mətbəx/xörəkbişirmə dəsti, 24 min 600 ədəd ədyal və 11 min günəş lampası daxildir ki, bunların da dəyəri nəqliyyat xərcləri çıxılmaqla təxminən 644 min ABŞ dollarıdır.

Xəbər lenti

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Mehrablıda səyyar qəbul

            Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti...

Şərhlər