Ağcabədi Rayon Gənclər və İdman İdarəsi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Xocalı – Qan yaddaşımız” mövzusunda onlayn şeir müsabiqəsi elan edib.
Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqəyə qatılmaq istəyən iştirakçılar Xocalı soyqırımına həsr olunmuş şeirləri söyləyərkən çəkilmiş videoları fevralın 17-dən 24-dək 051 738-47-70 “WhatsApp” nömrəsinə göndərməlidirlər. Videolar göndərilərkən iştirakçının adı, soyadı və ata adı, eləcə də oxuduğu məktəb və ya işlədiyi yer qeyd olunmalıdır.
Qaliblər Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır