Ağcabədidə Vətən müharibəsi iştirakçısına vəzifə verildi

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07.01.2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayında edilən dəyişikliklərə əsasən rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır.


Aranqazeti.az xəbər verir ki, yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə vətən müharibəsi iştirakçısı Orucov Şöhrət Rəsul oğlu təyin edilmişdir.


Şöhrət Orucov 26 iyun 1975-ci ildə anadan olmuşdur. Ali təhsillidir. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində motoatıcı taqım komandiri vəzifəsində xidmətdə olmuşdur. Daha sonra fərdi əmək fəaliyyəti ilə məşğul olan Ş.Orucov Vətən müharibəsi zamanı N saylı hərbi hissədə baş leytenant rütbəsində korpus komandirinin yavəri (adyünant) kimi xidmət göstərmişdir.


Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə rayon İcra Hakimiyyəti başçısının köməkçisi Ceyhun Xeyrəddin oğlu Mamedov RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı, Ceyhun Cahid oğlu Rüstəmov İcra Hakimiyyəti başçısının köməkçisi, Ağcabədi Pedaqoji Kollecinin müəllimi Sevinc Əhəd qızı Niftalıyeva RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Natiq İbrahim oğlu Əlişov Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi, Vüsalə İbrahim qızı Məmmədova böyük məsləhətçi – rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasının məsul katibi, Nəsimi Ələkbər oğlu Əsgərli aparıcı məsləhətçi – rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, Turqud Vüqar oğlu Quluzadə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçi, Fikrət Aydın oğlu Allahverdiyev RİHB-nın Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi, Anar Məhəmməd oğlu Şirinov RİHB-nın Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrinə təyin edilmişlər.

Şərhlər