Pənahəli xanın dövründə hazırlanan plov

Qarabağ mətbəxi xörəklərlə zəngindir. Onlardan biri də qiyməli plovdur.
Azərbaycan Milli Kulinariya Assosasiyasının prezidenti Tahir Əmiraslanovun bildirdiyinə görə, bu plov Pənahəli xanın dövründə hazırlanırdı. Hazırlanma qaydası belədir:
1 kq qoyun əti maşından keçirilib, yağda qovrulur. İçərisinə 20 qram zoğal axtası, 20 qram kişmiş qatılır. 500 qram düyü süzülərək, qiymə ilə qat-qat qazana yığılıb, dəmə qoyulur. Qazanın dibinə qazmaq hazırlamaq üçün lazım olan məhsullar isə bunlardır: 500 qram un, 1 yumurta, 100 qram yağ yoğrulub yuxa halına salınır və qazanın dibinə qoyulur. Ağcabədidə isə qiyməli plov noxudla hazırlanır. Yəni yuxarıda qeyd olunanlardan əlavə, ət qovrulandan sonra ona qaynadılmış noxud da əlavə olunur ki, bu da plov fərqli dad verir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər