Rayonun təsərrüfatlarında 2021-ci il mövsümü üçün pambıq əkini sahələrinin
şumlanılması davam etdirilir. Pambıq istehsalçıları və emal müəssisələri arasında
bağlanılmış müqavilələrə əsasən rayon üzrə 9 min 607,9 hektar əkin sahəsində
şumlama işləri aparılmalıdır. Fevral ayının 18-nə olan məlumata görə, indiyədək 8
min 759 hektar əkin sahəsində şumlama tədbirləri həyata keçirilib. Görülən şumlama
işləri aqrotexniki qaydada və keyfiyyətlə aparılır.
Qeyd edək ki, bölgənin Qaradolaq, Qaravəlli, Kəhrizli, Mehrablı, Pərioğullar, Kəbirli
kənd, Ağcabədi şəhər inzibati ərazi vahidləri ərazisində fəaliyyət göstərən
təsərrüfatlarda şumlama işləri daha yaxşı təşkil olunur. Artıq, Boyat, Cəfərbəyli və
Mehrablı kəndlərinin pambıq istehsalçıları əkin sahələrində şumlamanı başa
çatdırıblar.
Rayon üzrə şumlamanın tezliklə başa çatdırılması üçün müvafiq addımlar atılır.