Redaksiyaya hər cür xarakterli insanlar gəlir. Bəzən bizə aidiyyatı olmayan məsələlərin
həllini də bizdən tələb və ya xahiş edənlər olur. İstənilən halda bizə üz tutan insanları
dinləyib heç olmasa istiqamətləndirməyə çalışırıq. Ötən gün bir dayının bütöv
poemasını qəzetin 4 səhifəsində qəzetdə çap etdirmək niyyətindən güclə daşındırıb 2
saat vaxtımı itirəndən sonra yerindən çıxan gözlərimə dərman töküb, eynək taxıb fikrimi cəmləmişdim ki, otağa iki xala daxil oldu:
-A bajı, bura bax ey.
Başımı qaldırıb ona baxıram. “Buyurun” deyirəm.
-Bura qəzetdir?
-Bura redaksiyadır.
-Yəni qəzet çıxardansıız dana?!
-Xanım, nə lazımdır?
-Sən Kəmaləsəəən?
-Xeyr.
-Bəs adın nədi?
-Məhsəti.
Gözünü bərəldir:
-Məqsəd nəyiydi a?
Böyründəki qadın ona bir dirsək ilişdirir:
-Az, Məqsəd nədi? Məysəti demədii?
-Boy, Məysətii?
Səbrim tükənir:
-Xanım, eşidirəm sizi. Nə lazımdır?
-Bir adamı pisdəmək.
-Başa düşmədim?
-Siz adam pisdiyən qəzet deyilsııız?
-Mən qəzet deyiləm. “Aran” qəzeti də adam pisləmir. Konkret olaraq, problemli,
araşdırılmalı məsələ varsa, əyləşin, ətraflı danışaq.
Bir-birinə baxırlar:
-Az yox ey, bizə Kəmalə demişdilər. Bullar ayrı şey yazıllar.
Məhsəti Musa