Ötən il Laçın rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 41 milyon 81,6 min manat olub

2020-ci ildə Laçın rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 41 milyon 81,6 min manat olub.

Laçın Rayon Statistika İdarəsindən bildirilib ki, ümumi məhsul buraxılışının 51,3 faizi kənd təsərrüfatının, 47,4 faizi tikintinin, 0,1 faizi nəqliyyat və anbar təsərrüfatının, 1,2 faizi isə sənayenin payına düşür. 2020-ci ilin məhsul buraxılışı 2019-cu illə müqayisədə 47 faiz çoxdur.

Qeyd edək ki, Laçın rayondan olan məcburi köçkünlər əsasən Ağcabədinin Taxtakörpü ərazisində məskunlaşıb. Rayonun bütün icra strukturlarının fəaliyyət göstərdiyi Taxtakörpü ərazisində məcburi köçkünlər üçün qəsəbələr inşa edilib, infrastruktur yaradılıb.

Şərhlər