2 C
Aghjabadi

ÜST münaqişədən zərər çəkən rayonlarda qiymətləndirmə missiyası keçirib

COVID-19 pandemiyasına qarşı mübarizədə infeksiyaların profilaktikası və nəzarət tədbirlərinə riayət edilməsi vacibdir. Bu sahədəki ehtiyacların ödənilməsinin əhəmiyyətini nəzərə alaraq, ÜST-nin Azərbaycan Nümayəndəliyi Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə ölkəmizin münaqişədən zərər çəkmiş bölgələrində müvafiq standartların qiymətləndiriməsi üçün missiya həyata keçirib.

Missiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində baş tutub.

Missiya zamanı Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonunda yerləşən tibb müəssisələrində xəstələrin skrininq və triaj, reanimasiya, doğum, sterilizasiya və cərrahiyə şöbələri, həmçinin tibbi tullantılarının idarə olunmasına dair tədbirlərin qiymətləndirilməsi həyata keçirilib.

Missiya çərçivəsində qeyd edilən rayonlardakı xəstəxanaların direktorları ilə infeksiyaların qarşısının alınması və nəzarət tədbirləri sahəsindəki ehtiyacların qarşılanmasında mümkün dəstək yolları müzakirə edilib və ÜST ekspertləri tərəfindən bu sahədəki standartların yüksəldilməsinə dair məsləhətlər verilib. Bununla yanaşı, 100-dək səhiyyə işçisinə, o cümlədən həkim, epidemioloq, tibb bacısı və digər tibb işçilərinə müzakirələr zamanı müəyyən edilmiş prioritet istiqamətlər üzrə təlim keçilib. Təlim bir neçə sessiya şəklində və mövcud karantin məhdudiyyətləri və infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin tələblərinə uyğun təşkil edilib.

Xəbər lenti

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Şərhlər