Ağcabədi rayon sakininin evindən 10 kq 400 qram marixuana götürüldü

Ölkəmizdə gələcək nəslin sağlam böyüməsi, narkotik vasitələrdən asılı
olmaması üçün narkomaniyaya qarşı müntəzəm tədbirlər həyata keçirilir.
Rayonumuzda da bu istiqamətdə lazımi tədbirlər görülür. Belə ki, rayon sakini B.
Cəfərovun yaşadığı evdə satış məqsədilə külli miqdarda narkotik vasitə olan
qurudulmuş marixuana saxlaması barədə Ağcabədi rayon Polis Şöbəsinə daxil
olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş
təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış
keçirilmişdir. Baxış zamanı evin zirzəmisində olan dəmir çəlləyin içərisindən satış
məqsədilə saxlanılan 10 kq 400 qram narkotik vasitə olan marixuana aşkar edilərək
götürülmüşdür.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər