Ağcabədidə şəhid ailələrinə plastik kartlar təqdim edildi

Rayonumuzda Vətən müharibəsi zamanında və müharibədən sonra şəhid
ailələrinin sosial-məişət şəraitinin və maddi rifah halının yaxşılaşdırılması
istiqamətində tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 20 fevral 2021-ci il
tarixdə Ağcabədi rayon Gənclər Mərkəzində keçirilmişdir. Görüşdə rayon İcra
Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin
təşkili şöbəsinin müdiri Şöhrət Orucov və şəhid ailələrinin üzvləri iştirak etmişlər.
Tədbirin keçirilməsində məqsəd Rusiyada yaşayan həmyerlilərimiz Sədrəddin və
Vidadi Şükürovların təşəbbüsü ilə bank hesabı açılan şəhid ailələrinə plastik kartların
paylanması olmuşdur.


Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili
şöbəsinin müdiri Şöhrət Orucov, rayon sakinləri Qamboy İbrahimov, Etibar Azadov,
Firudin Abbasov və digərləri bu xeyirxah addımları yüksək dəyərləndirmiş,
təşəbbüskarlara öz minnətdarlıqlarını bildirmişlər. Çıxışlar zamanı qeyd olunmuşdur
ki, gələcəkdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər