18.9 C
Aghjabadi

“Xocalı soyqırımı əsrin faciəsi -xalqımızın qan yaddaşıdir” mövzusunda onlayn videokonfrans keçirilmişdir

25 fevral 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin və “Aran” qəzetinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı əsrin faciəsi – xalqımızın qan yaddaşıdir” başlığı altında videokonfrans keçirilmişdir.

Tədbirdə Xocalı şəhidlərinin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov videokonfransı açaraq Xocalı faciəsi barədə ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, 1992-ci ildə Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş daha bir soyqırım aktı yaşandı, Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimayətə “sülhsevər “ ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366- cı motoatıcı alayı Xocalı şəhərini tamamilə məhv edərək insanlığa silinməz ləkə olan soyqırım aktını törətmişlər.

Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta hitlerçi faşistlərin belə sınaqdan keçirmədikləri ən qəddar, tukürpədici üsullardan istifadə etmişlər.

Xocalı qətilamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə üzə çıxarmışdir. Bu hadisə respublikamızın Qarabağ müharibəsində aldığı ən böyük zərbə, faciə olmuşdur. Həmin dövrdə mərkəzi hakimiyyətin antimilli xarakteri, respublikada xaos və anarxiyanın baş alıb getməsi, vəzifə kürsüsü uğrunda amansız mübarizə, ordudakı başıpozuqluluq, cəbhə xəttində yaşanan faciələrə göstərilən laqeyidlik təkcə Xocalı faciəsinin deyil, sonrakı müsibətlərimizin də əsas səbəblərindəndir. 1992-ci ilin mart və may aylarında Xocalı faciəsi ətrafında cərəyan edən siyasi oyunları xatırladıqda, ümumulikdə, Qarabağ probleminin səhnəarxası gerçəklikləri barədə kifayət qədər aydın təsəvvür yaranır.

Daha sonra “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzin Ağcabədi nümayəndəliyinin direktoru Əli Əhmədov çıxış edərək, Xocalı faciəsi barədə öz təəssüratlarını bölüşdülər. Natiqlər qeyd etdi ki, Xocalı hadisələri əsl soyqırımıdır. Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır. Ermənilər meyitləri belə təhqir etmişlər.

Çıxışlar zamanı vurğulandı ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər əliyev 1 mart 1994-cü il tarixdə Xocalı ilə əlaqədar xüsusi fərman vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral – Xocalı soyqırımı və Milli Matəm Günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanmışdır.

Xəbər lenti

Mənim anam Zəhra müəllimdir

Anamla mən bir-birimizdən çox fərqli insanlarıq. Yox, bəzi oxşarlıqlarımız da var. Məsələn, ondan mənə yazmaq, bir də nəfəs...

Həcər Əliyeva: Müəllim kimi də, qadın kimi də xoşbəxtəm

Əliyeva Həcər Əlinağı qızı Ağcabədidə doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunu (İndiki ADU) bitirib. İngilis dili müəllimidir. Hazırda M.F.Axundov adına Ağcabədi şəhər 3...

“Müəllim məni atamın ölümünə görə utanmağa qoymadı…”

 7-ci sinifdə oxuyuram. Qış aylarıdır. Atamın 40-ı təzə çıxıb. Yeni-yeni məktəbə qayıdıb, dərslərə adaptasiya oluram... Azərbaycan dili dərsidir. Müəllim...

Ağcabədi sakinini maşın vurub

Oktyabrın 4-ü, saat 23:00 radələrində, Qaradağ rayonunun ərazisində Saatlı rayon sakini Y.Məmmdəov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Elşən...

Bu müəllimləri siz də tanıyın

Ötən tədris ilində Ağcabədidən 20 nəfər məzun 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdu. “Aran” qəzetində onların hər biri haqqında...

Ağcabədi məktəbliləri Vətən müharibəsinə və Müstəqilliyin Bərpası Gününə həsr edilən məruzələr dinləyiblər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində ümumtəhsil məktəblərində məruzələrin keçirilməsi davam etdirilir. Oktyabr ayında keçirilən məruzələr Vətən müharibəsinin...

Ulu Öndərin arzuları reallığa çevrildi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi taleyüklü anlar və məqamlarla zəngindir. Həlledici amil isə liderlik fenomeni, yaxud lider faktorudur. İnkaredilməz həqiqətdir...

Şəhid Anar Cəfərovun anım mərasimi keçirildi

                            44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də 1977-ci ildə Ağcabədi şəhərində...

Prezident təqaüdünə layiq görülüblər

Prezident İlham Əliyev 2022-2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. “Aranqazeti.az”  saytı xəbər...

Elm və təhsil naziri Bərdədə Ağcabədi sakinlərini qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Xocalı, Xocavənd rayonları...

Şərhlər