34.6 C
Aghjabadi

AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Fevralın 26-da Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 29-cu ili tamam oldu.

Ermənistanın uzun illər ərzində Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərdən ən dəhşətlisi Xocalı şəhərində baş verdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlandırılmış erməni separatçıları SSRİ Silahlı Qüvvələrinin Xankəndində yerləşən 366-cı alayının şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinin dinc əhalisinə qarşı hücuma keçərək soyqırım törətdilər. Yeddi min nəfər əhalisi olan şəhər yerlə-yeksan edildi. Şəhər əhalisi azərbaycanlı, türk və müsəlman olduqlarına görə, kütləvi surətdə qətlə yetirildi. Dinc əhaliyə – qocalara, qadınlara, uşaqlara, xəstələrə qarşı ən amansız zülm üsullarından istifadə edildi. Nəticədə Xocalı əhalisinin 5379 nəfəri deportasiyaya məruz qalmış, 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca olmaqla xüsusi qəddarlıqla qətlə yetirilmişdir, 8 ailənin bütün üzvləri öldürülmüş, 27 ailənin yalnız bir üzvü sağ qalmış, 239 ailə başçısı məhv edilmişdir. Eyni zamanda 487 nəfər ağır yaralanmış, 1275 nəfər əsir götürülmüş, o cümlədən onlardan 150 nəfərin taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur. Bunlardan 68 nəfəri qadın və 26 nəfəri uşaq olub.

Qətliam zamanı beynəlxalq hüquq normaları kobud formada pozularaq girovlar əzizlərinin gözü qarşısında güllələnmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, körpələrin və yaşlıların gözləri çıxarılmış, diri-diri torpağa basdırılmışdır. Əsir götürülmüş azərbaycanlı özünümüdafiə dəstəsinin döyüşçüləri erməni qəbirləri üzərində “qurban” kəsilmiş, alçaldılmış və təhqir edilmişlər. Girov götürülmüş əsirlərə qarşı da ən qəddar işgəncələr verilib.

Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki bu cinayət bütün Azərbaycan xalqına qarşı soyqırım aktıdır. Bütün dövrlər üçün bəşəriyyətin ən böyük faciələrindən biridir. XX əsrin ən dəhşətli cinayətləri – Xatın, Sonqmi, Lidiçe soyqırımları ilə eyni səviyyədə durur. Bu qətliamın səbəbkarları isə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” qurmaq xülyasına düşənlərdir.

Azərbaycana qarşı həyata keçirilən bu siyasət sülh və insanlıq əleyhinə cinayət olmaqla beynəlxalq hümanitar hüququn,  xüsusilə 1949- cu il Cenevrə konvensiyaları, soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, mülki və siyasi hüquqlar haqqında  Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldılan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının  ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, uşaq hüquqları haqqında Konvensiya və insan hüquqlarının və azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Hazırda Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılır və müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir. Keçən dövr ərzində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Bütün bunlara baxmayaraq, bu günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri cinayət əməllərində bilavasitə iştirak etmiş şəxlərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməmişdir.

Münaqişə zamanı mülki insanlara qarşı ağır cinayətlərin törədilməsi Ermənistan hakimiyyətinin bütün tarixi dövrlərdə həyata keçirdiyi dəyişməz dövlət siyasətidir. 90-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü zamanı, işğalın sonrakı 29 il mövcud olmuş atəşkəs dövründə 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatı nəticəsində başlanan vətən müharibəsində Ermənistan ordusu mülki azərbaycanlı əhaliyə qarşı cinayətlər törədib və törətməkdə davam etmişdir. Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Naftalan və digər şəhər, rayon, yaşayış məntəqələrinin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 100-dən çox mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmış, 4000-dən çox yaşayış evi, o cümlədən 135-dən artıq çoxmərtəbəli bina dağıdılmışdır. İstər 1992-ci ildə törədilmiş Xocalı soyqırımı, istərsə də 2020-ci ildə mülki əhalinin bombalanması Ermənistanın azərbaycanlılara qarşı apardığı məqsədyönlü zorakılıq siyasətinin açıq-aşkar təzahürüdür.

Sıralarında yüz minlərlə üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1992-ci ilin fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edir:

– Xocalı şəhərində yüzlərlə dinc sakinin amansızlıqla qətlinin təşkilatçıları və icraçıları olan, bunu açıq şəkildə etiraf edən Ermənistanın keçmiş hərbi və siyasi rəhbərləri və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar.

– Bütün ölkələrin hökumətlərini və parlamentlərini vicdanlarının səsinə qulaq asmağa və XX əsrin ən qəddar soyqırımından biri olan Xocalı soyqırımını tanımağa səsləyirik.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hesab edir ki, mövcud beynəlxalq hüquq çərçivəsində dövlətimiz tərəfindən görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək.

Əvvəlki məqalə“Şəhid olmağım gəldi”
Növbəti məqalədəXocalı…

Xəbər lenti

Xaricdə yaşayan qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb...

DİN əməkdaşları ov silahlarını təhvil ALDI

Ağcabədi rayon sakinləri könüllü olaraq ov silahlarını polis əməkdaşlarına təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata...

Aşura məclislərinə uşaqları aparmaq olarmı?

   Qəzetimizin ötən sayında  bəzi cizgi filmlərinin uşaqların psixologiyasına necə mənfi təsir etməsi ilə bağlı bir yazı dərc olunmuşdu. Məqalədə qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı,...

Ağcabədi 100 min tondan çox taxıl istehsal edilən rayonlar sırasındadır

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb...

İstedadlı şagirdin uğurlu addımları

Hərdən ömrün ötən günlərini vərəqləyir, həyatın necə keçdiyini gözlərim önündə canlandırmağa çalışıram. Təbii ki, ağrılı-acılı, sevincli ömrün günləri gözlərim önündə canlananda qələmi...

Millətin varlığını sübut edən onun dilidir

Ana dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi...

Parlaq Qələbə Azərbaycan üçün geniş meydanlar açır

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbul zamanı...

Sudan səmərəli istifadə mühüm amildir

Avqustun 2-də Ağcabədi rayonunda Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehlakçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı dəyirmi...

UŞAQLARI PSİXOLOJİ TERRORDAN NECƏ QORUYAQ ?

Bu gün teleekranda yayımlanan cizgi filmlərinin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc-ən yaxşı halda ifadəsiz sifətli naməlum...

Küçə iti ilə söhbət

- Salam, küçə iti - Ham... ham...  Sadəcə it deyə bilməzdin? - Axı küçədə yaşayırsan

Şərhlər