Ağayev Məmməd Salman oğlu nasir, 1920-ci il oktyabrın 22-də Ağcabədidə
anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə və Ağdaş şəhərində almışdır.
1932-ci ildə ailəliklə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini
bitirmişdir (1932-1935). Bundan sonra Sabir adına Pedaqoji Texnikumda təhsil
almışdır. Ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır. 1937-
1938-ci illərdə “Pioner” jurnalındа, 1939-1940-ci illərdə isə “Azərbaycan qadını”
jurnalındа әdəbi vəzifəsində çalışmışdır. Həmin illərdən başlayaraq hekayələri “Yeni
el”, “Gənc işçi”, “Ədəbiyyat” qəzetlərində, “İnqilab və mədəniyyət”, “Şərq qadını”
furnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən
sonra Azərbaycan Dövlət Pedaqoii İnstitutuna qəbul edilmişdir. Burada ədəbiyyat və
dil fakültəsində təhsil aldığı dövrdə “Qara xal qız”, “Gecənin qəlbi”, “Aldanmış ümid”
və digər hekayələrini qələmə almışdır.
1941-ci ildə Böyük Vətən müharibəsi başlandığından İnstitutun son kursundan
cəbhəyə getmişdir. O kiçik leytenant kimi 416-cı atıcı diviziyasında xidmətə
başlamışdır. 1942-ci ilin dekabrında Mozdok uğrunda döyüşlərdə qəhrəmanlıq
göstərdiyinə görə “Qızıl Ulduz” ordeni ilə təltif olunmuşdur.
Mozdok uğrunda döyüşdə ağır yaralanan M.Aranlı 2 ay hərbi hospitalda
müalicə olunduqdan sonra 1943-cü ilin fevralında yenidən həmin diviziyaya
qayıtmışdır. Hərbi komandanlıq onu diviziyanın “Qızıl əsgər” qəzetinə məsul katib
təyin etmişdir, 1944-cü ilin iyunundan müharibə qurtaranadək o, “Sovet döyüşçüsü”
adlı “Üçüncü Ukrayna Cəbhəsi” qəzetlərində tərcüməçi-müxbir işləmişdir. Üçüncü
Ukrayna cəbhəsinin qərargahı ilə birlikdə o, Rumıniya, Bolqarıstan, Yuqoslaviya,
Macarıstan və Avstraliya ölkələrində olmuşdur.
1945-ci ilin avqustundan “Vətən naminə” qəzetində, 1946-cı ilin avqustundan
ömrünün sonuna qədər Zaqafqaziya Hərbi Dairəsinin orqanı “Lenin bayrağı”
qəzetinin redaktoru vəzifəsində fəaliyyət göstərmişdir. 1946-cü ildən Azərbaycan
Sovet Yazıçılar İttifaqının üzvü olmuşdur.
Cəbhədə kiçik leytenantlıqdan mayor rütbəsinə qədər yüksəlmiş, hərbi
sücaətinə görə iki dəfə “Qırmızı ulduz” və “ Vətən müharibəsi” orden və medalları ilə
təltif olunmuşdur. 1950-ci il oktyabrın 7-də 30 yaşında vəfat etmişdir.
Əsərləri:
- “Fırtına”. B., “Azərnəşr”, 1951, 280s, 2000nüs.
- “Cəbhə gündəliyi”. B., “Gənclik”, 1975, 340s, 5000 nüs.