Rayon Mərkəzi Kitabxana Sistemində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Kitabxana Sistemində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə anım tədbiri keçirilib. “Xocalı – Qan Yaddaşı” başlığı altında hazırlanmış sərgiyə baxış keçirildikdən sonra kitabxana əməkdaşları və oxucular dəyirmi masa ətrafına dəvət olunublar. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon MKS-inin direktoru Məhəbbət Əliyeva faciə haqqında ətraflı məlumat verdikdən sonra mövzu ətrafında söhbətlər aparılıb. Tədbir pandemiya şəraitinin qaydalarına uyğun şəkildə həyata keçirilib. Bundan əlavə, MKS-nin bütün filiallarında Xocalı soyqırımı ilə əlaqədar videoçarxlar hazırlanaraq sosial şəbəkədə nümayiş etdirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər