Şəhid ailələri diqqət mərkəzindədir

Ağcabədi rayon İcra Hakimiyyətinin, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının, “Aran”
qəzetinin nümayəndələrinin iştirakı ilə Yuxarı Qiyaməddinli kəndində şəhid Əliyev Azər
Dilafət oğlunun ailəsi ziyarət olunub.
Ziyarətçilər Azər Əliyevin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olub,
Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, xatirəsini ehtiramla yad ediblər.

44 günlük Vətən müharibəsindən söz açan rayon İcra Hakimiyyətinin nümayəndəsi
Sevinc Niftalıyeva Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşər
torpaqlarımızın azad olunmasında canından keçən hər bir şəhidimizin daim qəlblərdə
yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını bildirib.
Qeyd edək ki, şəhid Azər Əliyevin bizlərə əmanət bir qız övladı var. Həyat yoldaşı
növbəti dəfə ana olmağa hazırlaşır.
Söhbət zamanı qeyd olundu ki, rayon rəhbəri ailənin çətinliklərinin, problemlərinin
öyrənilməsini tapşırıb, ehtiyaclarının qarşılanması, körpənin dünyaya sağ-salamat
gəlməsi üçün lazımi yardımın ediləcəyini bildirib.
Mama – ginekoloq T.İsmayılova şəhidin xanımı ilə söhbət edib, səhhəti ilə bağlı
məsləhətlər verib.


Şəhidin valideynləri göstərilən diqqət və qayğıya, həssas münasibətə görə rayon
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər