Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edildi

Fevralın 26-da rayon Şəhidlər Xiyabanında Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə XX yüzilliyin ən dəhşətli faciələrindən olan Xocalı Soyqırımının 29-cu ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

Mərasimdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri, Qarabağ qaziləri, “N” saylı hərbi hissənin əsgər və zabitləri, media mənsubları və Xocalıdan olan məcburi köçkünlər şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə, həmçinin I Qarabağ və Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu ehtiramla yad etmişlər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər