Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Xocalı-29 il” başlığı altında sərgi keçirilib. Pandemiya dövrün qaydalarına uyğun şəkildə həyata keçirilən sərgidə Ağcabədi rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak ediblər. Qalereyanın direktoru Əkbər İsayev Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş sərgi haqqında iştirakçılara məlumat vermişdir.