Yaşamaq çətin, zor olmuşdu. Dünyanın qulağı kar olmuşdu. Göy üzü kor olmuşdu. Qətliam törətdi vəhşi, alçaq erməni. Dünyanın gözü görmədi bu faciəni. Yandı, yandırıldı Xocalı. Qurban oldu sakinləri kiçikli, qocalı.
Nahaq qan yerdə qalmadı. Qisas zamanı qələbə çaldı məğrur xalqım. Qürurla çəkildi türk adım. Düşmən qaçdı, qovuldu elimizdən. Qaçqın, köçkün sözü getdi dilimizdən. Haqq tapdı yerini. Məhv edildi qarı erməni. Düşmən özgə, yad oldu. Xocalıların ruhu şad oldu.
Axır ki, gördük Qarabağın növrağın. Köksü azad nəfəs aldı bu müqəddəs torpağın. Artıq yoxdu xəcalət ləkəsi alnımızda. Üçrəngli bayrağımız dalğalanır əziz Qarabağımızda. Sevin, bayram et, doğma torpaq, Vətən. Məndə səninlə olum bərabər, tən…
Adil MİSİRLİ