20.2 C
Aghjabadi

“Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm”

“Əl-ayağı məftillə bağlı olan, başı kəsilən insanlar görmüşəm. Heç kim insan öləndən sonra onun başının dərisini soymur. Bunu ancaq ermənilər edə bilərdilər. Ona görə də mən ancaq erməninin vəhşiliyini görmüşəm”.

Xocalı sakini Şükür Adilovun Xocalı faciəsiylə bağlı xatırladıqları bunlardan ibarətdir. 1963- cü il təvəllüdlü Ş. Adilov Ağcabədi rayonu Sarıcallı kəndində doğulsa da, 20 il Xocalı polis şöbəsində çalışıb. Ona görə də ailə üzvləriyə birgə Xocalı rayonunda qeydiyyatdadır. Ən kiçik oğlu Ceyhun Mustafazadə isə 44 günlük Vətən müharibəsində şəhid olub. 

“Qafqazinfo” şəhidin ailəsinin məskunlaşdığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi 258 saylı uşaq bağçasında olub və onun ailə üzvləriylə söhbətləşib.

Reportaj zamanı Xocalı hadisələrini bir daha xatırlayan müsahibimiz bildirir ki, həmin vaxt həvəskar fotoqraf kimi faliyyət göstərib:

“Xocalıdan meyitləri yığan yerdə Çingiz Mustafayevin çəkdiyi bir-iki lentdə də düşmüşəm. Ermənilər meyitin qolunu-qıçını kəsirdilər, başına mismar vururdular. O zaman həmin kadrları çəkmişdim, daha sonra həmin şəkilləri muzeyə təhvil verdim. Xocalı Polis Şöbəsinə də verdiyim şəkillər var idi. Bəziləri də Ağcabədidə kənddə evimizdə qalır. 

Həmin hadisələrdən sonra 1 il özümə gəlmədim. Orada gördüyüm ən incə detallları dilimə gətirə bilmirəm. Yadıma düşdükcə yenidən eyni dəhşəti yaşayıram. Həm də ki, gözlə gördüyüm çox şeyi dilə gətirmək olmur.  Bu cür yaşanan hadisələr oğlum Ceyhuna da təsir etmişdi. O, xalqımıza qarşı edilən bu haqsızlıqlarla barışa bilməzdi və bilmədi də. Həm də torpaqlarımızın işğalda olmasıyla barışmırdı. Özü texnologiya müəllimi olsa da, hərbi xidmətdən sonra öz fəaliyyətini MAXE kimi davam etdirdi.

Özüm birinci Qarabağ müharibəsi veteranıyam, travma almışam. Bir var hadisələri qıraqdan görüb eşidəsən, bir də var hadisələri görən biriylə eyni evdə yaşayasan. Mən ayın yarısından çoxunu döyüş bölgəsində olurdum. Bizim işimiz hərbçilərlə birgə xidmət aparmaq idi. 25-dən 26-na keçən gecə orada olmamışam. Silah gətirməyə getmişdik. Qohumlarımızın hamısı Xocalıda qalmışdı. Onların içərisində şəhid olanlar da oldu.  Hadisədən sonra Xocalıya qayıtdıq. Yaralıları xəstəxanaya gətirdik. Qarlı-qadalı günlər idi. Ölüm həddindən artıq çox idi. Yaralıların da sayı xeyli idi. Onları Ağdam xəstəxanasına daşıyırdıq. Çətin günlər idi. Orada qalanların çoxu əsir düşdü. Çox çətinliklə yolda ölənlər oldu. Yaxın qohumlarımdan-həyat yoldaşımın əmisi və əmisi oğlu orada girov qaldı. Əmioğlunun fevralın 25-də 25 yaşı tamam olmuşdu… Elə həmin gündən də  itkin sayılır”. 

A. Şükürovun şəhid oğlu 1997-ci il təvəllüdlü Ceyhun Mustafazadə hərbi xidməti kəşfiyyatçı kimi başa vurub. Əsgərlikdə olan zaman Naxçıvanın Günnüt kəndinin alınması əməliyyatında iştirak edib.  

Şəhidin atası bildirib ki, Günnüt əməliyyatındakı şücaətinə görə Müdafiə naziri ona qol saatı hədiyyə edib: “Bir neçə dəfə fəxri fərmanlarla təltif edilib. Həm istehkamçı, həm kəşfiyyatçı, həm də snayper idi. MAXE kimi ötən ilin yanvarında Tərtər rayonunda xidmətə başladı. Sonuncu dəfə sentyabrın 25-də bir yerdə olduq. Vəziyyətin çətinləşdiyini bilirdik. Hiss edirdik ki, nəsə baş verəcək. Ancaq müharibənin başlamasından xəbərimiz yox idi. Bizə ürək-dirək verdi ki, ondan gec xəbər alsaq, narahat olmayaq. 27-si müharibə başladı. Həmin gündən döyüşlərə kəşfiyyatçı kimi başlayıb. O Mübariz postunun, Talış kəndinin, Suqovuşanın alınmasında, Murov dağı istiqamətində gedən döyüşlərin hamısında iştirak edib. Oktyabrın 10-u saat 10:30-da yaralanıb. Oktyabrın 12-də Ağcabədi rayonunun Sarıcallı kəndində dəfn edilib. 

Kəşfiyyatçı olduğu üçün düşmən tərəfdə yaralanıb. Özü sürünərək bu tərəfə keçib, komandirlərə məlumat verib və onu gəlib döyüş bölgəsindən çıxarıblar. Onu Gəncə hospitalına gətiriblər və orada da dünyasını dəyişib. 

Ən yaxın döyüş yoldaşları da şəhid olub. Bir neçəsi isə qazidir. Yanvarın 27-də Ceyhunun ad günü idi. Onu məzarlıqda ziyarətə gəlmişdilər. Yoldaşları deyir ki, Ceyhunu snayperlə vurmaq mümkün deyildi. O, çox cəld biri idi. Müharibənin bütün sirlərini bilirdi. “Vətən uğrunda”, Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Uşaqlıq albomunda şəkillərinin çoxunda əlində silah var. Ceyhun əslən xocalılı olmasa da, özünü bir xocalılı kimi hiss edirdi. Bu barədə keçirilən bütün tədbirlərdə iştirak edirdi. Haqsızlıqla razılaşmayan bir insan idi. O, hadisələrə yerində reaksiya verməyi xoşlayırdı. Ona görə də Xocalı hadisəsiylə heç cür barışa bilməzdi. Gedən müharibə göstərdi ki, vətənimiz etibarlı əllərdədir”.

Şəhid C. Mustafazadə iki il yarım əvvəl anasını uzun sürən xəstəlikdən sonra itirmişdi. Onun Ülvi və Şamo adlı qardaşları var. Şəhidin anası Xocalıda anadan olsa da, Xankəndidə böyüyüb. Daha sonra isə Ağdama köçüblər. 

C. Mustafazadə sonuncu dəfə oktyabrın 9-u ailəsiylə danışıb. Atasının sözlərinə görə, o, hər gün 5-10 saniyə olsa da, ailəsiylə danışarmış: “Hər dəfə bir nömrəylə əlaqə saxlayırdı. Biz də o nömrələrə yığdıq. Axır nömrələrin birinə zəng çatdı. Açıb dedilər ki, Ceyhun yaralanıb. Ayın 11-i axşam saat 7 idi. O zaman komendant saatı olduğu üçün heç hara getmək mümkün deyildi. Oktyabrın 12-si Gəncəyə getdim. Hospitalların hamısını  gəzdik, ancaq onu tapmadıq. Ən sonda Xocalı İcra Hakimiyyətindən zəng vurub dedilər ki, Ceyhun şəhid olub. Şəhid olacağı ürəyinə danıbmış. Oktyabrın 9-da günorta saat 3-4 arasında telefonun yaddaşında olan bütün adamlara zəng edib qısa danışıb. Biz sonradan bunu telefonundan tapdıq…”  

Günel Türksoy 

Foto-Video: Pərvin Zeynal 

Xəbər lenti

Şəhid Hafiz Həziyevin anım mərasimi keçirildi

Il Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan...

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

         Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz...

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və...

Şagirdlərə “18 Oktyabr Müstəqiliyin Bərpası Günü” adlı məruzə oxunub

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin davam etdirilir Oktyabr ayında keçirilən məruzələr Vətən muharisəsinin...

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir?

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir...

4 Oktyabr Yaddaşlarda qalan tarixi gün

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi,...

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib...

Müəllimlər təltif olundu

5 oktyabr Müəllimlər Günü ilə bağlı növbəti tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilib. Çağırışa qədər...

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

           Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf...

Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi - Cəbrayıl“ adlı dəyirmi masa keçirilib. Ağcabədi şəhər 3 nömrəli...

Şərhlər