16.7 C
Aghjabadi
Cümə axşamı, May 26, 2022

Qazilərimiz onlara və şəhid ailələrinə göstərilən qayğıdan danışdılar

Son vaxtlar dövlətimiz tərəfindən müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə dövlət qayğısı xeyli gücləndirilib. Daha dəqiq desək, şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da şəhid ailələri, müharibə əlillərinə hərtərəfli qayğı göstərilir. Vətən müharibəsi başa çatdıqdan sonra döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin ailələrinə, müharibədə əlil olan şəxslərə bu qayğı və diqqət daha da gücləndirilib. Bütün bunlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyətinin bariz nəticəsidir. Azərbaycan Prezidentinin Bakının Ramana qəsəbəsinin yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında göstərildiyi kimi, bu qayğı dövlətin prioritet vəzifəsi hesab olunur.

Rayonumuzun Birinci və İkinci Qarabağ müharibəsi əlilləri göstərilən bu diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq və təşəkkürlərini bildirirlər. Qarabağ müharibəsi əlili, YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi Ramil Nağıyevin sözlərinə görə müharibə iştirakçılarına, şəhid ailələrinə evlərin tikilib verilməsi, onların müvafiq işlərlə təmin olunması və bir sıra sosial-məişət problemlərinin həll edilməsi diqqətəlayiqdir. Qarabağ qazisi kimi, mən bu qayğıdan çox razıyam. Həmişə dövlət qayğısı ilə əhatə olunmuşam. Mənim üçün ən əlamətdar hadisə 2008-ci ildə dövlətimiz tərəfindən yeni tikilmiş binada 2 otaqlı mənzillə təmin olunmağımdır. Hər iki ayağımın yüksək keyfiyyətli protezlə təmin olunması mənim normal həyata qayıtmağımda xüsusi əhəmiyyət kəsb edib. YAP Ağcabədi rayon təşkilatında baş məsləhətçi vəzifəsində işləməyim də dövlətimizin göstərdiyi böyük diqqət və qayğının təzahürüdür. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın rayonumuza səfərləri zamanı mənzilimdə olmaları, məişət və ailə vəziyyətimlə yaxlından maraqlanmaları mənə, ailəmə sevinc və böyük ruh yüksəkliyi bəxş edib.

Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Ağcabədi filialının sədri, Qarabağ Müharibəsi əlili İsmayıl Məhərrəmov da dövlətimizin göstərdiyi diqqət və qayğıdan razılığını bildirib. O, qeyd edib ki, həmişə Qarabağ qazisi və əlillik kimi dövlətimizin qayğısını öz üzərimdə hiss etmişəm. Evlə, işlə təmin olunmuşam. Prezident təqaüdünə layiq görülmüşəm. Bir sözlə, hər vaxt fəaliyyətim dövlət tərəfindən yüksək qiymətləndirilib. Bundan da gözəl nə ola bilər ki?! 

O, 2020-ci ildə qazandığımız zəfərdən də danışaraq qeyd edib ki, Azərbaycan uzun illər ərzində aparılan ikili siyasətə qarşı mübarizə aparmağa məcbur olub. Biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq.Onların havadarlarına da öz yerlərini göstərmişik, gücümüzün, birliyimizin nəyə qadir olduğunu sübut etmişik. İstər 44 günlük müharibə dövründə, istərsə də sonralar ölkə rəhbərinin qətiyyətli çıxışları, müsahibələri, ordu və xalqın öz rəhbəri ətrafında birləşməsi Azərbaycan xalqının qüdrətinə şübhə edənləri əməlli-başlı sarsıtdı. 

Bu gün artıq qarşıdakı əsas planlarımız böyük qayıdışla bağlıdır. 30 il həsrətində olduğumuz qayıdışla…

Daha bir rayon sakini, Vətən müharibəsi iştirakçısı Rövşən Bayramov müharibədən sonra ona göstərilən yüksək diqqət və qayğıdan danışıb. Müsahibimiz qeyd edib ki, Milli Ordu sıralarından tərxis olunduqdan sonra mənə yüksək etimad göstərilib, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində müvafiq işlə təmin olunmuşam. Göstərilən bu diqqət respublikamızda ölkə rəhbərliyinin müharibə iştirakçılarına qayğısını əyani sübut edir. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasətini ürəkdən bəyənir, dəstəkləyir, bu diqqət və qayğıya görə şəxsən özüm və ailə üzvlərim adından minnətdarlığımı və təşəkkürümü bildirirəm. 

ADİL Misirli

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər