Cari ilin pambıq mövsümü ilə əlaqədar rayonun təsərrüfatlarında geniş şumlama işləri
həyata keçirilir. Şumlanmış pambıq əkini sahələrinin suvarma suyu ilə təmin olunması
da daim diqqət mərkəzində saxlanılır. Kanalüstü adlanan ərazilərdə suvarma tədbirləri
Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsi tərəfindən həyata keçirilir.
Digər ərazilərdə isə əkin sahələrinin suvarma su təminatı Ağcabədi rayon Suvarma
Sistemləri İdarəsi tərəfindən yerinə yetirilir. Sözügedən müəssisə kollektivinin səyi ilə
pambıq əkini üçün nəzərdə tutulan şum edilmiş 4 min 565 hektar əkin sahəsi arat
olunmuşdur.
Bundan əlavə, rayon suvarma sistemləri idarəsi bölgə ərazisində əkilmiş payızlıq 15 min
303,1 hektar taxıl, 2 min 972 hektar xəsil və 3 min 610 hektar təzə yonca sahəsində
suvarma işləri aparıb. Suvarma tədbirləri davam etdirilir.
Yəhya PAŞAZADƏ