20.2 C
Aghjabadi

“525”qəzetində əməkdaşımız Orxan Kərimov haqqında yazı dərc olundu

“525”qəzetində əməkdaşımız Orxan Kərimov haqqında yazı dərc olunub. Aranqazeti.az saytı həmin yazını oxucularına təqdim edir.

Sosial şəbəkələr, müasir gənclər və bugünkü həyatımız…

Həyatımızın əhəmiyyətli bir hissəsini əlimizdən alan sosial şəbəkələrlə bağlı bir-birinə zidd fikirləri tez-tez eşidirik. Bir xeyli insan sosial şəbəkələri gərəksiz və hətta ziyanlı saysa da, mən onun cəmiyyətə ziyandan çox xeyir gətirdiyini düşünənlərdənəm.

Ən fərqli dünyagörüşünə sahib insanların bir araya gəlib asanlıqla ünsiyyət qura, ayrı-ayrı fəaliyyət sahələri, sosial-mədəni, ictimai-siyasi yüklü mövzular ətrafında müzakirələr apara bildiyi bu virtual məkanın üstünlüklərini mən daha çox yaradıcılıq məsələlərində müşahidə eləmişəm. Şəxsi təcrübəmdən deyə bilərəm, özümü dərk edəndən yazı-pozuya xüsusi maraq göstərsəm də, yazılarımı ilk dəfə məhz sosial şəbəkə vasitəsilə paylaşaraq çeşidli düşüncəyə sahib insanlarla bölüşmüş, onların rəy və fikirlərini öyrənmişəm. Bu deyilənlərlə yanaşı, ədəbi mühitdə olub bitənlərdən xəbər tutmaq, yeni-yeni imzalarla tanışlıq, xüsusilə, istedadlı gənclərin nə düşündüklərinə bələdçilik baxımından da sosial şəbəkələrin rolu əvəzsizdir.

Bu günlərdə sosial şəbəkədə maraqla oxuduğum bir yazı belə istedadlı gənclərdən biri ilə tanışlığıma vəsilə oldu.

Məlum vəziyyətlə əlaqədar son dövlər hər birimiz mümkün qədər evdə daha çox qalmağa üstünlük veririk. Vaxtımızı çoxunu ya ağıllı telefonlarla, ya da kompüter arxasında keçiririk. Soyuq, cansıxıcı bu qış günlərində bir fincan qəhvə, ya çay süzüb sosial şəbəkədə var-gəl etmək, maraqlı bir yazı tapıb oxumaq qədər ruha hüzur verəcək ikinci bir məşğuliyyətin olmadığını desəm, yəqin yanılmaram. Belə günlərdən birində İnternet məkanında rastıma bir yazı çıxdı. “Görüş” adlı hekayə idi. Düzü, ilk abzasına göz gəzdirib ötüb-keçməyi fikirləşirdim, amma bir də gördüm, axırına çıxmışam. Təbii ki, yazının müəllifi ilə maraqlandım və köməyimə sosial şəbəkə çatdı. Yazının müəllifi Orxan Kərimovun Feysbuk səhifəsinə daxil olanda qarşılaşdığım mənzərə məni yaxşı mənada sevindirdi. Səhifə müxtəlif səpkili paylaşımları, maraqlı postları ilə diqqətimi ilk baxışdan çəkdi.

Ən maraqlı məqam əksəriyyəti lakonik, cəmi bir-iki cümlədən ibarət postlarda bir çox aktual mövzulara toxunan müəllifin özünəxas yanaşma tərzi, mövzuya tamam başqa bucaqdan baxa bilmək bacarığı idi. Humanitar sahəyə dəxlisiz, başqa ixtisas üzrə təhsil alsa da, Orxanın çox səlis yazı manerasına, yaxşı bədii zövqə malik olduğunu gördüm. Çox güman, bu keyfiyyətlər ilk növbədə onun mütaliəyə böyük marağından irəli gəlir. Bunu müəllifin gündəlik həyatımızda üzləşdiyimiz sosial-sosial, ictimai-siyasi hadisələrə münasibətində, yazdığı bədii və publisistik yazılarda da hiss edirik. O, yaşadığımız günlərdə baş verən hər hansı hadisəni kənardan, soyuqqanlı halda müşahidə edib maraqlı yanaşma ortaya qoyur. Bəzən adama elə gəlir, bu statuslar ayrı-ayrılıqda böyük bir yazının mövzusu, geniş bir polemikanın predmeti ola bilər. Təsadüfi deyil ki, onun sosial şəbəkədə yazdığı “Kişi üçün ən dəhşətlisi gözəl qadın yox, gözəl olduğunun fərqində olan qadındır” statusu bu günlərdə telekanallardan birində geniş müzakirəyə yol açmışdı.

Orxanın dövri mətbuatda, müxtəlif saytlarda yazıları müntəzəm dərc olunur. O, əyalətdə – Ağcabədidə çıxan “Aran” qəzeti ilə əməkdaşlıq edir. Onun yazılarındakı ən önəmli amil, mənə görə, səmimiyyətdir. Xüsusilə indiki zamanda yazarlar üçün ən zəruri şərtlərdən biri, yəqin ki, səmimi olmaqdır. Müasir oxucu səmimiyyətlə qeyri-səmimiliyi, içdən gələn sözlərlə boğazdan yuxarı deyilən fikirləri bir-birindən ayırmaqda mahirdir, sərrafdır. Bu keyfiyyətlər isə Orxanın yazılarında öndə gəlir. Elə götürək onun “Məcburi köçkünün məktəb xatirələri ” və “Oyuncaq əsgərlər” adlı yazılarını. Məcburi köçkün həyatı Orxanın da taleyindən yan keçməyib. Həyatının müxtəlif dönəmlərini və hadisələrini əks etdirən bu yazılardakı səmimiyyətə, inanmıram ki, hansısa oxucu laqeyd yanaşsın. Müəllif həyatda yaşadığı məhrumiyyətlərlə yanaşı, əldə etdiyi ən kiçik uğurları da o qədər içdən, səlis dillə və səmimiyyətlə ifadə edir ki, oxuduqca həm təsirlənir, həm də onun iradəsinə, əzminə həsəd aparırsan.

Gənc dostumuzun yazdıqlarında diqqət çəkən bir məqam da onun sosial-mədəni, ictimai-siyasi həyatımızda baş verən ən aktual hadisələrə həssas reaksiyası və öz mövqeyini açıq şəkildə ifadə etməsi oldu. Son dövrlər ən çox müzakirəyə çıxarılan ən ağrılı mövzulardan biri də gənclərin ard-arda intihara əl atması problemidir. Mən Orxanın bu mövzuda iki yazısını oxudum. Eyni mövzuda yazılmış hər iki yazı – biri bədii (“Dilək ağacı”), biri publisistik (“17 yaşlı gənc, 17-ci mərtəbə”) – ciddi-ciddi düşündürməklə yanaşı, həm də belə faciələrin baş verməsinə görə, az-çox, hər kəsin payının olduğu haqda fikirləşəməyə vadar edir. Bu yazılarla tanışlıq zamanı bir yandan ölkəmizdə belə faciəli hadisələrin baş verməsindən, gənclərin özünəqəsd yolunu seçmələrindən üzülürsənsə, o biri yandan da yaşadığımız indiki ziqzaqlı zəmanəmizdə ətrafında baş verənlərə biganə qalmayan Orxan kimi istedadlı, ayıq, fərqli dünyagörüşünə malik gəncələrin olduğunu, həm də belələrinin sıralarının zaman-zaman genişləndiyini görəndə gələcəyə inamın artır, xeyli təsəlli tapır və sevinirsən. Nəzərə alsaq ki, Azərbaycanın sabahı və gələcəyi məhz intellektual, elmli, yetkin, istedadlı, öz fəaliyyət sahələrində uğurlar vəd edən gənclərdən asılıdır, onda əvvəlki nəsillərin – sələflərin – bizim hamımızın borcu o gənclərə daima dəstək olmaq, onları tanımaq və tanıtmaq üçün əlimizdən gələni əsigəməməkdir. Yetər ki, onlar bu ümidləri doğrultmaq üçün zəhmətə qatlaşsınlar, göstərilən inamı boşuna sərf eləməsinlər.

Bu yazımda o ümidverici gənclərdən biri haqqında söhbət açmaqla mən dolayısı ilə həm də bütün gənclərimizə güvənimi, eyni zamanda, ölkəmizin gələcəyini necə görmək istəyimlə bağlı arzu və düşüncələrimi ifadə etməyə çalışdım. Sözdür, deyərsən, keçib gedər, amma o deyilənin məsuliyyət yükünü daşımaq daha çox onu deyənin yox, deyilən ünvanın üzərinə düşür. Odur ki, mən bu yazıya səbəbkar olan gənc dostumuzun timsalında o ünvanın – Azərbaycan gəncliyinin öz məsuliyyət yükünü anladığına və ümidlərimizi doğruldacağına bütün səmimiyyətimlə inanmımı ifadə edir, sözümü istedadlı, özünə güvənən bütün gənclərimizə əzm, iradə və böyük uğurlar arzulamaqla tamamlamaq istəyirəm.

Şahrun SÜLEYMANOVA

Xəbər lenti

Şəhid Hafiz Həziyevin anım mərasimi keçirildi

Il Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan...

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

         Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz...

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və...

Şagirdlərə “18 Oktyabr Müstəqiliyin Bərpası Günü” adlı məruzə oxunub

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin davam etdirilir Oktyabr ayında keçirilən məruzələr Vətən muharisəsinin...

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir?

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir...

4 Oktyabr Yaddaşlarda qalan tarixi gün

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi,...

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib...

Müəllimlər təltif olundu

5 oktyabr Müəllimlər Günü ilə bağlı növbəti tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilib. Çağırışa qədər...

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

           Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf...

Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi - Cəbrayıl“ adlı dəyirmi masa keçirilib. Ağcabədi şəhər 3 nömrəli...

Şərhlər