20.7 C
Aghjabadi
Bazar ertəsi, Noyabr 29, 2021

“Azərpambıq” ixrac gəlirlərini – 4 Dəfədən Çox Artırıb

Bu ilin yanvar ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 5,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Eləcə də bax: Azərbaycanın ən çox valyuta gətirən 3 qeyri-neft məhsulu – 540 MİLYON DOLLAR

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon ABŞ dolları və yaxud 4,3 dəfəçoxdur.

Xatırladaq ki, “Azərpambıq” 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Mənbə: fed.az

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı

Noyabrın 19-da Ağcabədi rayonunun Minəxorlu kəndində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmancasına həlak olan 11 nəfər Minəxorlu şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq kompleksinin...

Şəhadətə ucalmasından bir il ötdü

Noyabrın 22-də Ömər Rəhimlinin şəhidliyə qovuşmasının ildönümü mərasimi onun doğulub boya-başa çatdığı Hindarx qəsəbəsində qeyd edilmişdir. Mərasimdə rayon icra...

Ödənişsiz müayinə aksiyası

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Green zone” sağlamlıq və estetika mərkəzinin...

Həsən Quliyevin xatirəsi anıldı

Noyabrın 21-də Ermənistan işğalçıları ilə gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Həsən Quliyevin ildönümü onun doğulduğu və dəfn olunduğu doğma Sarvanlar...

ELAN – Ağcabədi rayonunda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə MÜSABİQƏYƏ start verilir

15 noyabr 2021-ci il tarixdən tərbiyəçilərin işə qəbulu üzrə müsabiqə üçün elektron qeydiyyat prosesinə başlanılır. Elektron qeydiyyat prosesi 15 noyabr – 01...

Laçın rayonu əhəmiyyətli geostrateji mövqeyə malikdir

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun...

Nə yazdığınızı bilirsiniz?

                                                Yenə də məsələnin əslindən xəbəri olmayan jurnalistlərin hay-küyü, yenə də özlərini  müdafiəçi kimi göstərərək reytinq toplamaq istəyi...

Bənövşəyi eşqim

  Qəmər  Ayatam Qəmər Ayatam yazıçılıq iddiasında olmayan, sadəcə düşüncələrini, yaşadıqlarını qələmə almaqdan rahatlıq tapan bir xanımdır. O qədər...

Ağcabədidə tütün məmulatı oğurlayan şəxs saxlanılıb

Ağcabədi rayonunda mağazaların birindən 1500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...

Silsilə tədbirlər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilib. YAP üzvü olmuş...

Şərhlər