Hindarx qəsəbəsi və Aran kəndində də vaksinasiya məntəqəsi yaradılmışdır

Ağcabədi rayon Mərkəzi Xəstəxanası tərəfindən koronavirusa (COVİD-19) qarşı
vaksinasiya kampaniyası genişləndirilir. Belə ki, xəstəxananın gücləndirilmiş iş rejimində çalışan rayon mərkəzi xəstəxanası ilə bərabər Aran kənd tibb məntəqəsinin nəzdində vaksinasiya məntəqəsi yaradılıb. Bu məntəqədə Mehrablı, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Aran kənd sakinləri peyvənd olunacaqlar. Hindarx qəsəbə Ailə Sağlamlıq Mərkəzinin nəzdində yaradılan vaksinasiya məntəqəsində isə Sarıcalı, Taynaq, Poladlı, Boyat, Biləğan, Hacılar, Qaraxanlı, Şərəfxanlı, Şotlanlı, Şahmallar, Kəhrizli, Sarvanlar, Kürdlər, Minəxorlu, Şahsevən-Təzəkənd, Muğanlı, Köyük, Rəncbərlər, Hüsülü, Arazbar, Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, İmamqulubəyli və Hindarx qəsəbə sakinlərinə koronavirusa qarşı peyvənd ediləcəklər. Eyni zamanda, rayon mərkəzinə yaxın olan kəndlərin sakinləri də şəhərimizin əhalisi ilə bərabər Ağcabədi rayon Mərkəzi Xəstəxanasında vaksinasiya olunacaqlar.


Fevral ayının 22-dən səyyar peyvənd işləri aparmaq üçün yaradılmış xüsusi qrupun
üzvləri inzibati ərazilərdə olur və əhalinin peyvənd olunmasında fəallıq göstərirlər. Yeri
gəlmişkən, qeyd edək ki, indiyə qədər 4 mindən çox rayon sakini koronavirusa qarşı
peyvənd edilmişdir. Gün ərzində peyvənd olunan vətəndaşların sayı 500 nəfərə çatır.
Rayonda vaksinasiya tədbirləri davam etdiriləcək.


Adil MİSİRLİ

Şərhlər