16.3 C
Aghjabadi

Millət vəkilindən toy mərasimlərinin bərpası ilə bağlı TƏKLİF

Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

O bildirib ki, xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədə uyğun olardı.

Millət vəkili əlavə edib ki, toy mərasimlərin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sahədə hələ də yumşalmalara gedilmir:

“Daha yaxşı olardı ki, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sahələrdə yumşalmalar məşğulluq baxımdan da vacib hesab olunur”.

Vüqar Bayramov sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir:

“Buna görə də, iqtisadiyyatın digər sektorlarının faəliyyətinin bərpası kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.

Oxu.az

Xəbər lenti

Gənc fermerlərlə görüş keçirilib

Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar bölgələrdə məqsədyönlü tədbirlər, görüşlər keçirilir. Noyabrın 25-də gənc sahibkarların...

Ermənistanın cinayətləri beynəlxalq hüquq normalarının Pozulmasıdır

    Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması vacib amildir. Bu cinayətlər barədə Prezident ilham Əliyev 15 noyabrda Albaniyada rəsmi səfər zamanı mətbuata verdiyi...

Laçın aeroportunun inşası bölgənin beynəlxalq statusunu artıracaq

Laçın qədim tarixə və zəngin təbii ehtiyatlara malikolan ərazilərimizdəndir. Rayon 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən...

Narkomaniya ilə mübarizə məqsədilə Ağcabədi rayonunda təlim təşkil olunub

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər...

Tədarük məntəqələrinə 285 min tondan çox pambıq təhvil verilib

Respublikada pambıq yığımı davam edir. Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 285743 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda...

Pielonefrit xəstəliyi haqqında bilmədikləriniz – HƏKİM DANIŞIR

Pielonefrit xəstəliyi sidik kisəsində infeksiya yayılmasından yaranır. İltihabi prosesin artması daxili kəskin inkişaf ilə bağlıdır. Xəstəlik tam müalicə olmadıqda, xroniki formaya keçir.

“Vətənin müdafiəsinə hazıram” Poliatlon çoxnövçülüyü üzrə rayon turniri keçirilmişdir

   24 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram”...

Anti-Azərbaycan təbliğatı İranın dəyişməz siyasətidir

  Azərbaycan bütün ölkələrlə o, cümlədən qonşuları ilə problemsiz münasibətlərin formalaşmasında maraqlıdır. Təəssüf ki, Azərbaycanın yerləşdiyi bölgədə qonşu olduğu dövlətlər bizim ortaya qoyduğumuz münasibətlərə...

RİH yanında İctimai Şura və “Aran” qəzetinin rəhbərləri tələbələrlə görüşüb

         Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura və  “Aran” qəzetinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecinin tələbələri...

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasının dəvəti ilə onu evində ziyarət etdi

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən istər I-ci Qarabağ müharibəsi , istərsə də vətən müharibəsi şəhidləri daim diqqət mərkəzində saxlanılır . Bu ailələr...

Şərhlər