Rayonumuzun iqtisadiyyatında barama istehsalı önəmli yer tutur. Bölgənin kümçüləri ötən illərdə bu gəlirli kənd təsərrüfatı sahəsində diqqətəlayiq nəticələrə imza atıblar. Dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan ruhlanan baramaçılarımız bu il də uğurlu addımlar atmaq əzmindədirlər. Yaxın vaxtlarda rayon üzrə bütün inzibati ərazi vahidlərində barama istehsalına hazırlıq işlərinə start veriləcək.
Mütəxəssislərin dediklərinə görə, bölgədə fəaliyyət göstərən kümçülərlə müvafiq söhbət aparılması, ipəkqurdu bəsləniləcək yerlərə baxış keçirilməsi, dezinfeksiya işləri görülməsi, tut tingləri, məhsuldar barama sortları ilə təminatın, inkubasiyanın səmərəli təşkili üçün zəruri tədbirlər nəzərdə tutulub.
Yəhya PAŞAZADƏ