Ağcabədidə tank komandiri olan şəhidimiz

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbədə, düşmənin məhv edilməsində və ərazilərimizin işğaldan azad olunmasında aktiv iştirak edən hərbçilərimizdən biri də Omarov Vüsal Şəmsəddin oğludur.

Qəhrəman gizirimiz Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı şəhadət məqamına yüksəlib.

Omarov Vüsal Şəmsəddin oğlu 1989-cu il iyulun 7-də Rusiya Federasiyasının Kemerovo vilayətinin Prokopevski şəhərində dünyaya göz açıb. 1995-ci ilin sentyabrında Balakən rayonunda yerləşən Poştbinə 1 saylı tam orta məktəbə gedib və 2006-cı ildə həmin məktəbin məzunu olub.

Şəhid Vüsal 2008-ci ilin yanvarında Balakən rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi
xidmətə çağırılıb, 2009-cu ilin iyulunda ehtiyata buraxılıb. 2012-ci ilin may ayında Azrbaycanın ordu sıralarında daxil olub. 2012-ci ilin oktyabrında Müdafiə Nazirliyinin müvafiq əmri ilə gizir hərbi rütbəsi alıb. Elə həmin ilin oktyabrından Sumqayıtda tank komandiri vəzifəsində işləmiş, 2013-cü ilin noyabrından isə Ağcabədi rayonunda tank komandiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, şəhid Vüsal Omaraov  2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmiş, göstərdiyi igidliyə görə fəxri fərmanlarla, medallarla təltif olunmuşdur. “Beynəlxalq ordu oyunları-2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində Azərbaycanı təmsil edən şəxsi heyətin tərkibində fərdi ustalıq nümayiş etdirərək komandamızın 16 ölkə arasından 4-cü yeri tutmağında xüsusi rolu olub.

Omarov Vüsal Cəbrayılın Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalıb. Şəhid Vüsal ölümündən qabaq həyat yoldaşına bildirib ki, şərəfli ölüm istəyir. O, 26 sentyabrda evdən çıxıb, 28 sentyabr səhər saat 09:00-da sonuncu dəfə xanımı ilə danışıb. Saat 12:00-da isə qəlpə yarası alaraq şəhid olub. Şəhidimizin bizə əmanət 2 qızı var.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Omarov Vüsal Şəmsəddin oğlu “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

BAKU.WS

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləAFAQ CAVADOVA
Növbəti məqalədəAğdamda idarə rəisi minaya düşdü

Şərhlər