Dörd dildə dörd saatlıq mətbuat konfransı

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və
xarici media nümayəndəliyi üçün mətbuat konfransı keçirib. Dövlət başçısı mətbuat
konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb.
Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə – Azərbaycan, türk,
ingilis və rus dillərində cavab verib.
Böyük Britaniyadan olan jurnalist Aynur Tatfersal mətbuat konfransında qeyd
edib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu
cür konfrans keçirməsinin şahidi olmayıb.
Prezident əvvəlcə Xocalı soyqırımının 29-cu ildönümü olduğunu bildirərək
faciə barədə ətraflı məlumat verib. Daha sonra, o, sualları cavablandırıb. Suallara
cavabında Prezident İlham Əliyev bir çox məsələ və problemlərə toxunub.
Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan münasibətlərinin indiki vəziyyəti,
Xocalıya qayıtmağın vacibliyi, sülhməramlıların fəaliyyəti, Rusiya-Türkiyə Monitorinq
Mərkəzinin gördüyü işlər barəsində ətraflı danışıb.
Media nümayəndələrinə verdiyi cavablarda Prezidentin zəmanəsinin görkəmli
şəxsiyyəti olmaqla bərabər, səriştəli, təcrübəli və eyni zamanda uzaqgörən siyasətçi,
eləcə də özünə inam və güvənin yüksək səviyyədə olduğu özünü açıq büruzə verib.
Prezidentin keçirdiyi mətbuat konfransının doğurduğu təəssüratlar barəsində
rayonumuzun bir neçə sakini ilə görüşüb, söhbət etdik.
İlham Həsənov, Hacıbədəlli kənd sakini:Prezident İlham Əliyev böyük savada, geniş dünyagörüşə və müdrik,
uzaqgörən bir siyasətə malik şəxsiyyətdir. O, hər şeyi, nəyi və necə etməyi hamıdan
yaxşı və qabaqcadan bilir. Yadınızdadırmı, Prezident müharibə vaxtı ona qərəzli sual
verən Amerika jurnalistinə necə ağıllı, bilikli və yerində cavab verdi?! Prezidentin
cavabından sonra amerikalı jurnalist özü də etiraf etdi ki, cənab İlham Əliyev
Amerika hökümətinin daxili və xarici siyasətini Amerikalıların özlərindən də yaxşı
bilir. İndi fevralın 26-da mətbuat konfransında ona qərəzli sual verən iranlı jurnalisti
də, necə deyərlər, yerində oturtdu. Prezident ona faktlara söykənməyən, iftira dolu
sualın məntiqsiz və yalan olduğunu jurnalistə dəlillərlə xırdalatdı. Prezidenyimizin
hazırlıqlı və müdrik bir dövlət başçısı olduğu bir daha bütün dünyaya bəyan oldu.
Nəticədə iranlı jurnalist artıq sıxıla-sıxıla, guya dediklərinin doğru tərcümə
olunmamasını bəhanə gətirdi. Amma bu da baş tutmadı. Çünki bizim prezident ingilis
dilini mükəmməl, mən deyərdim ki, bu dilin milyonlarla daşıyıcısından yaxşı bilir.
Odur ki, iranlı jurnalist sonda özünün günahkar olduğunu etiraf etməli oldu.
Eldar Əhmədov şəhər sakini, ziyalı:

-Prezident mətbuat konfransında çox dil bilib, çox bilikli bir siyasətçi olmağı ilə
bərabər, cavablarında hərtərəfli şəxsiyyət və eyni zamanda layiqli dövlət başçısı
olduğunu bir daha sübut etdi. Onun toxunmadığı məqamlar qalmadı. Prezident 44
günlük müharibənin yaranma səbəblərindən və xalqa dayaq olan Milli Ordumuzun
şanlı, ədalətli qələbəsinin gələcək məntiqindən ətraflı danışdı. Görülən bütün nəhəng
işlər xalqımızın xoş və firavan yaşamağı naminə edilir. Onun atdığı hər bir addım,

bizi irəliyə, daha işıqlı günlərə aparır. Mən bir vətəndaş kimi, inanıram ki, cənab
İlham Əliyevin rəhbərliyi altında biz gələcəkdə daha böyük qələbələr qazanacaq,
həyatın xoş anlarını yaşayacağıq. Çünki İlham Əliyev xalqın Prezidentidir. Və onun
gördükləri, etdikləri ilk öncə xalq və onun gələcəyi üçün edilir. Tanrı özü
Prezidentimizi qorusun!
Raya Həsənova, Salmanbəyli kənd sakini:

-Mən bir sadə kənd sakini kimi prezidentimizin mətbuat konfransındakı
çıxışından olduqca böyük zövq aldım. Prezidentimiz bir daha müasir zamanın
tələblərinə cavab verən, milli dəyərlərə söykənən bir ölkə rəhbəri olduğunu nümayiş
etdirdi. Möhtərəm Prezidentimizin hərtərəfli, sanballı, təmkinli cavablarını dinləyəndə
mən bir daha böyük qürur hissi keçirdim və fəxr etdim ki, mən azərbaycanlıyam. Ulu
Tanrı Prezidentimizin üstündə yar olsun. Allah onun ömrünü uzun etsin.
… Bəli, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fevralın 26-
da yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransı ölkəmizin hər
yerində olduğu kimi, rayonumuzda da böyük əks-səda doğurdu. Çünki, mətbuat
konfransında Prezident növbəti dəfə sübuta yetirdi ki, o məğrur, qürurlu Azərbaycan
xalqının Prezidenti və yenilməz, qalib Azərbaycan Ordusunun Baş Komandanıdır.
Onun bu sahələrdə atdığı inamlı addımlar, apardığı tükənməz işlər xalqımızın rifahı
naminə görülür. Və möhtərəm Prezidentimiz İlham Əliyevin başçılığı altında bizi daha
gözəl günlər, eləcə də xoş gələcək gözləyir.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər