Rayonda daha dörd nəfər Vətən müharibəsi şəhidinin adı əbədiləşdirildi

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun sərəncamına uyğun olaraq, rayonumuzdan olan şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində daha bir addım atılıb.

​3 mart 2021-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, media nümayəndələri, sakinlər və şəhidlərin ailə üzvlərinin iştirakı ilə şəhər ərazisindəki bir sıra küçədə advermə mərasimləri təşkil olunub. Vətən müharibəsi şəhidləri Anar Cəfərov, Əmrah Abışov, Məkan Qəhrəmanov və Cəmaləddin Məmmədovun adları həmin küçələrə verilərək, xatirələri əbədiləşdirilib. 

​Sözügedən küçələrə şəhidlərin adlarını və tərcümeyi-hallarını əks etdirən xatirə lövhələri vurulub. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, şəhidlərin ailə üzvləri və yaxınları çıxış ediblər. Şəhid adlarını daşıyan küçələrdə ucaldılan lövhələrin önünə tər çiçək dəstələri düzülüb. 

​Şəhidlərin adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb. Rayonda şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir.


Şərhlər