17.1 C
Aghjabadi
Şənbə, May 21, 2022

ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər

Martın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sosial və humanitar məsələlər üzrə prorektorunun köməkçisi Cavid Hüseynov, ADPU-nun Ağcabədi filialının tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov, həmin filialın dekan müavini Xəyyam Bədəlov, ADPU-nun əməkdaşı Cahangir Süleymanov və ADPU-nun tələbə təşkilatlarının nümayəndəsi Asim İbrahimov “Vətən müharibəsi” şəhidi, ADPU-nun Ağcabədi filialının “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə məzunu, baş leytenant Ağaqardaş Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər.

Zərdab rayonunun Salahlı kəndində şəhid ailəsinin qonağı olan universitet nümayəndələri Şəhidin atası İlham Abbasovla həmsöhbət olublar. Şəhid atası qonaqlara Ağaqardaşın vətənpərvərliyindən söz açaraq xatirələrini bölüşüb: “Ağaqardaş Vətəninin azad olmasını o qədər çox istəyirdi ki, döyüşlər başlanan gün qabağa atılıb xeyli irəlləmişdilər. Yaralanaraq qan itirən yoldaşına kömək etmək üçün öz üst geyimini ona verərək, döyüşə davam edib. Öz doğum günündə, sentyabrın 28-də özü də şəhidlik zirvəsinə ucaldı…”

ADPU-nun nümayəndəsi C.Hüseynov rektor, professor Cəfər Cəfərov başda olmaqla universitet rəhbərliyi adından şəhid ailəsinə ehtiramını bildirərək “Vətən müharibəsi”ndə şəhid və qazi olan bütün tələbə və məzunların daim universitet rəhbərliyinin diqqətində olduğunu, ən qısa zamanda universitetdə və filiallarda şəhidlərimizin xatirələrinin əbədiləşdiriləcəyini diqqətə çatdırıb. O, ADPU rəhbərliyinin şəhidimizin bu yaxınlarda dünyaya gələn övladı İlknura olan dəyərli hədiyyələrini, ADPU şəhidləri haqqında materialların dərc olunduğu universitetin “Gənc Müəllim” qəzetinin saylarını və universitetin nümayəndəsi Taleh Mirzəyevin (HunObaNurlu) şəhidimiz və onun balaca qızına həsr etdiyi “Ağaqardaşdan İlknura” adlı şeiri ailəyə təqdim edərək bildirib ki, balaca İlknur daim ADPU rəhbərliyinin diqqəti və himayəsində olacaq, əgər o da atası kimi müəllimlik peşəsini seçərsə, ADPU İlknur balamıza tam dəstək olacaqdır.

Daha sonra çıxış edən M. Səlimov Ağcabədi filialında təhsil aldığı dövrdə Ağaqardaşın nümunəvi davranışından, vətənpərvər mövqeyindən söz açıb.

Şəhidin atası göstərilən diqqət və qayğıya görə ADPU rəhbərliyinə təşəkkürünü bildirib.

Mənbə: azpress.az

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər