7.5 C
Aghjabadi

Qarabağ alternativ enerji mənbəyinə çevriləcək

Qarabağ alternativ enerji mənbəyinə çevriləcək
Qarabağ… Artıq 30 illik həsrətdən sonra doğma Qarabağımıza qovuşduq. 44 günlük Vətən müharibəsinə müzəffər ordumuz və Ali baş komandanımız sayəsində torpaqlarımız işğaldan azad olundu. Cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində xalqımız zəfər çaldı. O bütün dünyaya Azərbaycan xalqının bir yumruq kimi öz liderinin ətrafında birləşərək nəyə qadir olduğunu sübut etdi.Son keçirdiyi brifinqdə də 4 saat 4 dildə bütün dünya mediası qarşısında çıxışı ilə bir daha bütün dünyaya bəyan etdi ki,Qarabağ Azərbaycandır və işğaldan azad olunmuş torpaqlarımız Azərbaycan üçün necə dəyərlidir. Bu gün o torpaqlarda artıq abadlıq, quruculuq işlərinə başlanılıb. Bu sahələrdən biri və ən önəmlisi Qarabağın alternativ enerji mənbəyinə çevrilməsidir. Məhz cənab prezidentimizin qətiyyəti nəticəsində hələ müharibədən əvvəl Azərbaycanda bərpa olunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdur.İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib.Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb.Qarabağda enerji mənbələri hansılardır?Qarabağda alternativ enerji mənbələri aşağıdakılardır:
1.Hidroenerji potensialı
2.Günəş enerjisi potensialı
3.Külək enerjisi potensialı
4.Geotermal enerji potensialı
5.Daş kömür ehtiyatı
1. Hidroenerji potensialı – Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir.Qarabağ Azərbaycanda yeri su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir.Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni, ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır.Regionun Tərtər,Bazarçay(Bərgüşadçay),Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir.Bunların bir hissəsindən sovet dövründən istifadə olunur,lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaqdır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində üç iri su elektrik stansiyası mövcud olmuşdur ki, bu stansiyalardan biri “ Tərtər “ SES 1976 – ci ildə Tərtər rayonu ərazisində , Tərtərçayın üzərində Sərsəng su anbarı ilə birgə inşa edilmişdir. Stansiya hər birinin gücü 25 Mvt olan 2 hidroaqreqatdan ibarətdir.
Bəndinin hündürlüyünə görə (125 metr) Sərsəng ölkədə ən hündür bəndli su anbarlarından biridir.Sərsəng su anbarı 6 rayonun ( Tərtər ,Ağdam , Bərdə , Goranboy ,Qazax və Ağcabədi ) 125 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 1990 – cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 mln KVt.st olmuşdur. Stansiya 1993 –cü ildən işğal altında idi. Komleksə lazımi texniki xidmətin göstərilmədiyini , istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq , ilk növbədə onun texniki vəziyyətinin qiymətləndirilməsinə daha sonra isə bərpa işlərinin aparılmasına ehtiyac olacaqdır. Regiondakı digər mühüm enerji obyektləri “ Xudafərin “ və “ Qız Qalası “ su elektrik stansiyalarıdır . Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal – qərbdə yerləşən “ Xudafərin “ Su Elektrik Stansiyası layihəsinin ərazisi 1992 – ci ildən Cəbrayıl rayonunun işğalı nəticəsində Ermənistanın nəzarəti altına düşmüş və stansiyanın Azərbaycan tərəfdən tikintisi dayandırılmışdır . Lakin stansiyanın İran tərəfdən tikintisi davam etdirilmişdir. Qeyd etmək lazımdır ki , stansiyanın Azərbaycan tərəfində hər birinin gücü
50 meqavata bərabər olan 2 hidroaqreqatdan ibarət olması planlaşdırılır.
Araz çayı üzərində tikintisi nəzərdə tutulmuş “ Qız qalası “ Su Elektrik Stansiyanın isə hər biri 20 Mvt olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfində tikintisi davam etdirilir.
“ Xudafərin “ hidroqovuşağı bəndinin tikintisi demək olar ki , tamamlanmışdır . “Qız Qalası “ hidroqovuşağının bəndində isə işlər yekunlaşmaq üzrədir .
“ Xudafərin” və “ Qız Qalası “ hidroqovşaqlarının və su elektirik stansiyalarının tikintisi və istifadəsi iki ölkə arasında 2016 – cı ildə imzalanmış sazişlə tənzimlənir.
Salyan rayonu, Şəkərli kənd sakini Qasımova Ülviyyə

Mənbə: www.cumhuriyyet.net

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər