Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir

Azərbaycanın uğurlu inkişaf göstəricilərindən ən mühümü əhalinin sosial rifah
halının yüksəldilməsi istiqamətində həyata keçirilən sistemli və ardıcıl tədbirlərdir. 
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın istəyi ilə yenidən
hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçilik təfəkkürü ilə uzləşən, hər bir mərhələ
üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji hədəfləri olan milli inkişaf
strategiyası hazırladı və sosialyönümlü bazar iqtisadiyyatı yolunun Azərbaycan üçün
prioritet olduğunu böyük müdrikliklə müəyyənləşdirdi. 1994-cü ildə “Əsrin
müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı neft şirkətlərinin Xəzər dənizində külli
miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və
informasiya texnologiyalarını gətirdi.
1996-2003-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində uğurlu islahatlar
aparıldı. Bazar iqtisadiyyatı prinsiplərini bərqərar edən qanunlar qəbul olundu, struktur islahatları aparıldı. Torpaq əsl sahibinə – kəndliyə qaytarıldı. Ölkədə özəlləşdirmə prosesi uğurla başa çatdı, orta sahibkarlar sinfi formalaşdı, ümumi daxili məhsul ildən-ilə artmağa başladı. Bütün bunlarla paralel dövlət öz vətəndaşlarının sosial problemlərinin həlli istiqamətində də inamlı addımlar atdı.


2003-cü ildən bu siyasəti yeni dövrün gerçəkliklərinə uyğun davam etdirən
möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın dinamik inkişafı üçün bütün
tədbirləri uğurla həyata keçirdi. Əvvəllər formalaşdırılmış möhkəm iqtisadi təməl
üzərində yeni inkişafyönümlü proqramlar, fərmanlar imzalandı. Dövlət başçısı regional
inkişafa xidmət edən kompleks tədbirlərə geniş yer ayırdı, onların icrasını daim diqqət
mərkəzində saxladı. İnsan amilini dönmədən rəhbər tutan ölkə Prezidenti cənab İlham
Əliyev sosial infrastruktur layihələrinin reallaşdırılmasına da xüsusi diqqət yetirdi. 
Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda
etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman davamlı xüsusi diqqət və davamlı qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq nəticəli tədbirlər həyata keçirilir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman
və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və
müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə
yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid
ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi
xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial
ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından
keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad
edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
Bu günə qədər 9200-ə yaxın şəhid ailəsinin, müharibə əlillərinin dövlət tərəfindən
mənzillərlə təmin edilməsi, təkcə keçən il onlara 1572 mənzilin verilməsi, müharibə
əlillərinə 7200-ə yaxın minik avtomaşının təqdim olunması, bu il isə 3 minə yaxın
mənzilin, həmçinin Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş vətən
oğullarının Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna
qədər mənzillərin verilməsinin nəzərdə tutulması, digər şəhər və rayonlarımızda

yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisinin davam etdirilməsi dövlətin davamlı xüsusi diqqət və davamlı qayğısının bariz numunəsidir.
Əsasları Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu
siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bu tarix hər gün daha da zənginləşməkdədir.
Cənab İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu
kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində
Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında
özünə layiqli yer tutub.
Cənab İlham Əliyevin qayğısı nəticəsində son illər ərzində Azərbaycan Ordusu
inkişafının yeni bir səviyyəsinə yüksəlib. Qoşunların maddi-texniki bazasının davamlı
olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da
yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması,
ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilib. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı. Bu qələbə Qafqazda və
ümumilikdə, regionda terrorçu və faşizm rejiminin süqutuna səbəb oldu. Ölkə başçısı
cənab İlham Əliyev noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması
münasibətilə xalqa müraciəti zamanı bu barədə demişdir: “Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş
qələbə deyil, biz erməni faşizmini məhv etdik”.
Son 30 il ərzində Ermənistana rəhbərlik edən terrorçu və quldur dəstələrin
apardıqları destruktiv siyasət nəticəsində münaqişənin danışıqlar yolu ilə həllində
diplomatik sahədə müsbət nəticələr əldə etmək mümkün olmadı. Hər dəfə danışıqları
uzatmaq, münaqişəni donmuş vəziyyətdə saxlamaq və işğal olunmuş əraziləri
Azərbaycana qaytarmamaq Ermənistan dövlətinin əsas məqsədi idi. Lakin, Azərbaycan Ordusunun peşəkarlığı və möhtərəm Prezidentimizin mahir hərbi strateq təcrübəsi nəticəsində bu siyasət iflasa uğradı.
Azərbaycan Ordusu haqq işi uğrunda başlanan müharibəni şanlı qələbə ilə başa
çatdırdı. Ermənistan ordusu ilə yanaşı, siyasi və hərbi rəhbərliyini də diz çökdürdü. Bu
müharibə nəticəsində aparılmış əməliyyatlar zamanı məlum oldu ki, 30 il ərzində
danışıqlarda imitasiya edən Ermənistan Qarabağda keçilməz istehkamların qurulması
üçün milyardlarla vəsait xərcləmişdi. Rəşadətli ordumuzun Füzuli və Cəbrayıl
istiqamətlərindəki hərbi əməliyyatları zamanı işğaldan azad olunmuş ərazilərdə
keçilməz mühəndis istehkamlarının olduğu aşkarlandı və darmadağın edildi. Bununla da bir daha sübut olundu ki, Ermənistan heç də Qarabağın Azərbaycana qaytarılmasını istəmirdi. Ölkə başçısı bu məsələyə toxunaraq bildirmişdi: “Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə
bilməsin. Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar
atarkən, bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər”.
Erməni hərbi ekspertlər bu istehkamlara “Ohanyan xətti” adını verərək, müharibə
başlayacağı təqdirdə, Azərbaycan Ordusunun bu istehkamları, ən yaxşı halda, bir ay
müddətində keçə biləcəyi deyilmişdi. Lakin, sentyabrın 27-də qəhrəman ordumuz
tərəfindən başlanan əks-həmlə əməliyyatının ilk uğurları və oktyabrın 4-də Cəbrayıl
şəhərinin azad olunması ilə bu xülyalar da alt-üst oldu. Azərbaycan Ordusu illər ərzində Ermənistanın mövcud olan “yenilməz ordu” mifini də darmadağın etdi.
Bu qələbəni Azərbaycan əsgəri öz rəşadəti, gücü və əzəməti ilə tariximizə əbədi
həkk etdi. Müzəffər Ordumuzun peşəkarlığı güclü silahlı qüvvələrə malik olan bir sıra iri dövlətlərin hərbi ekspertlərinin əsas müzakirə mövzusuna çevrildi. Qeyd olundu ki,
Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparır. Noyabrın 8-də isə Şuşanın azad
olunması Vətən müharibəsinin pik nöqtəsi oldu. Bu, Azərbaycan Ordusunun xüsusi
peşəkarlığı və bacarığı nəticəsində mümkün olmuşdur. Bu Qələbə Ermənistanı rəzil bir
duruma saldı, siyasi və iqtisadi təlatümlərə düçar etdi. Döyüş meydanında işğalçı
ölkənin təxminən 4 milyard dollar dəyərində hərbi texnikası məhv edilmiş və qənimət
kimi götürülmüşdür. Ermənistanın xarici borcunun ümumi daxili məhsulun təxminən 60 faizini təşkil etməsini, valyuta ehtiyatlarının isə 1 milyard olmasını nəzərə alsaq və yaxın illərdə rəsmi İrəvana ənənəvi yardımların olmayacağı təqdirdə ölkənin dirçəlməsi üçün ən azı 40-50 il tələb olunmasını deməyə əsas verir
Ərazilərin işğaldan azad olunması Ermənistanın ərzaq təhlükəsizliyinə də ağır
zərbə vurdu. Belə ki, Ermənistanın 190 min ton bir illik taxıl ehtiyacının 90 min tonu
işğaldan azad olunmuş rayonların payına düşürdü. İndi isə işğaldan azad olunduqdan
sonra bu defisitin aradan qaldırılması işğalçı ölkə üçün ağır olacaq.
Qələbə Azərbaycan üçün regionda yeni siyasi dividendlər qazandırmışdır. Belə
ki, 10 noyabr tarixli bəyanatla bölgədə bir sıra həll edilməmiş problemlər öz həllini tapdı. Uzun illər ərzində öz torpaqlarından qaçqın düşmüş vətəndaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaq və bölgədə 30 ilə yaxın bağlı qalmış nəqliyyat və
kommunikasiya xətləri açılacaq. Artıq Qafqazda yeni əməkdaşlığı nəzərdə tutan
alyansın yaranması prosesi başlanıb. Azərbaycan dövləti rəsmi olaraq Qarabağda bir
sıra infrastruktur layihələrin icrasına başlayıb. Qeyd olunanlar rəşadətli ordumuzun hərbi əməliyyatlarda qazandığı uğurlarla birbaşa bağlıdır. Bu uğurlar döyüş meydanı ilə yanaşı, siyasi səhnədə möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən siyasətlə təmin edilmişdir. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün dünya birliyi Ermənistanı işğalçı dövlət kimi tanıyır. Bu siyasət nəticəsində Ermənistan regionda dalana dirənərək, bütün layihələrdən kənarda qalıb. Ölkə Prezidentinin həyata keçirdiyi mükəmməl hərbi strategiya sayəsində Ermənistan məğlub tərəf kimi, Azərbaycanın diktə etdiyi bütün şərtlər və tələblərlə razılaşmaq məcburiyyətində qalmışdır. Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər Paradı keçirildi. Bu, qalib ordunun qalib sərkərdə qarşısından şanlı keçidi oldu. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə Paradı kimi yazıldı. Bu günü səbirsizliklə gözləyirdik. Bu parad qalib sərkərdə, qalib ordu və qalib xalqın birlik rəmzinə çevrildi. Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və Qələbə simvolu kimi dalğalandı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin 2018-ci ildə keçirilmiş hərbi paradda “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” – vədi reallığa çevrildi.

Ermənistanın bütün problemləri yürütdüyü işğal siyasətinin məntiqi yekunudur.
Müharibədəki məğlubiyyətdən sonra sosial-iqtisadi problemləri daha da artan
Ermənistanın bu tənəzzüldən xilası mümkün görünmür. Çünki ölkədə elə bir vəziyyət
yaranıb ki, hakimiyyətin istənilən islahat planı dərhal iflasa uğrayır. Ermənistanın ən
böyük problemlərindən biri isə korrupsiyanın baş alıb getməsidir.
Tarixi yalanlar üzərində qurulmuş erməni xalqı indi öz ideoloqlarının təməlini
qoyduğu işğal siyasətinin, saxtakarlığın acı nəticəsini yaşayır. Bu gün Ermənistanda baş verənlər sosial-iqtisadi tənəzzül, cəmiyyətin parçalanması məhz işğal siyasətinin məntiqi yekunudur. Bu torpağın üzərində gəziriksə, havasını uduruqsa, suyunu içiriksə, çörəyini yeyiriksə bu gözəl Vətənimiz uğrunda lazım olan anda canımızdan, qanımızdan keçməyə hazır olmaq ən azı hər bir Azərbaycan vətəndaşının vətəndaşlıq borcudur. Ümumiyyətlə, Azərbaycan xalqı, eləcə də biz ağcabədililər yaxşı bilirik ki,
ölkəmizdə ordu quruculuğu prossesinin sürətlə inkişafı, iqtisadiyyatın əsas
istiqamətlərindən biri olan həm daxili, həm də xarici investisiyanın günü-gündən artımı, son 17 il ərzində çoxlu sayda məktəb, xəstəxana, poliklinika, tibb məntəqələrinin tikilməsi, körpülərin, yolların salınması, Olimpia İdman Komplekslərinin tikilib istifadəyə
verilməsi, bağlanmış neft müqavilələri, çoxlarına əfsanə, yerinə yetirilməsi mümkün
olmayan, xəyal kimi görünən Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin
reallığa çevrilməsi, Bakı-Tibilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tibilisi-Qars dəmir
yolunun tikilib istifadəyə verilməsi, Azərbycanımızın 155 ölkənin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına üzv olması, “Şahdəniz”, “Cənub Qaz Dəhlizi”, “TANAP”, “TAP”
lahiyələrinin regionun, Avropanın enerji xəritələrini dəyişməsi, “İnformasiya
Kommunikasiya Texnologiyaları ili” olan 2013-cü ilin fevral ayının 8-də Azərbycan ilk
rabitə peyki “Azərspace-1” telekommunukasiya peykinin, 30 iyun 2014-cü il tarixdə –
“Azərsky” yer səthini müşahidə edən peykimizin, eləcə də 26 sentyabr 2018-ci il tarixdə -“Azərspace-2” 3-cü peykimizin orbitə buraxılması və ölkəmizin kosmik sənayeyə malik olan ölkələr sırasına daxil olması, 2015-ci ildə Birinci Avropa Oyunlarının, 2016-cı ildə Dünya Şahmat Olipiyadasının, 2017-ci ildə İslam Həmrəylik oyunlarının, futbol üzrə dünya çempionatından daha çox bir maraq doğuran “Formula-1” yarışının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarların qəbul edilməsi, Azərbaycanımızın strateji valyuta ehtiyatlarının günü-gündən artması, Azərbaycanın regionda qüdrətli, lider dövlətə çevrilməsi, uğurlu iqtisadi inkişaf, faciələr içərsində çırpınan Azərbaycanın 1993-cü ilin 15 iyunundan sonra indiki vəziyyətə gətirilməsi və ən nəhayət 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusunun Şanlı Qələbəsi əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə bu siyasi kursu uğurla davam etdirən ölkə Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü, müdrik daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Fikrimcə hər bir Azərbaycan vətəndaşı ölkə Prezidentimiz cənab İlham Əliyevin
ətrafında sıx birləşərək Azərbaycan Dövlətinin müstəqilliyinin daha da
möhkəmləndirilməsi yolunda qüvvə və bacarığını əsirgəməməli, bu şərəfli yolda
üzərlərinə düşən məsuliyyətin, borcun, vəzifələrin öhtəsindən layiqincə gəlməyə
çalışmalıdır.

Eldəniz QƏNBƏROV,
Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər