Ağcabədi rayon İcra Hakimiyyəti yanında yaradılan Müraciətlərə Operativ
Baxılma Mərkəzi vətəndaşlar tərəfindən edilən müraciətlərin dərindən və ətraflı
öyrənilməsi, qısa müddət ərzində həll edilməsi, onlara müvafiq qanunvericilik
çərçivəsində cavab verilməsi istiqamətində lazımi işlər görür. Belə ki, ötən ay ərzində
Hindarx qəsəbə sakinləri Salahov Ruhin Mahir oğlu, Dadaşov Aslan Azər oğlu,
Hüseynzadə Elcan Elçin oğlu MOB mərkəzinə müraciət edərək bir neçə aydır abunə
haqları ödənilməsinə baxmayaraq heç bir borc olmadığı halda fərdi yaşayış evlərində
istifadə etdikləri telefonların işləmədiyini, bu barədə dəfələrlə TKQ rəhbərliyinə
müraciət etsələr də nəticəsinin olmadığını bildirərək köməklik olunmasını xahiş
etmişlər. Vətəndaşların müraciəti ilə bağlı Ağcabədi Telekommunikasiya Qovşağının
rəhbərliyinə müvafiq tapşırıqlar verilmiş və görülmüş tədbirlər nəticəsində bir gün
ərzində məsələ öz müsbət həllini tapmışdır.
Həmçinin, ötən ay Mehrablı kənd sakini Quliyev Mamed Qubad oğlu Ağcabədi
MOB mərkəzinə müraciət etmiş, yaşadığı kənddə işıqlama transformatorunun nasaz
olduğunu, elektrik enerjisini normal stabil vermədiyini, buna görə də mənzillərdə
istifadə etdikləri məişət avadanlıqlarının sıradan çıxmaq və yanğın təhlükəsi
olmasını, bu barədə Ağcabədi elektrik şəbəkəsinə müraciət olunsa da, tədbir
görülmədiyini bildirmişdir. Müraciətə baxılmış, Ağcabədi Elektrik Şəbəkəsinə verilmiş
tapşırıqlar nəticəsində məsələ öz müsbət həllini tapmışdır.
Fevral ayında daha bir vətəndaş – Fazil Mamedov kənd ərazisinə verilən
internetdə 4-5 gündür problem olmasını, gəlib baxış keçirildiyini, lakin internetin
verilməsində olan problemin aradan qaldırılmadığını bildirərək, bu barədə köməklik
olunmasını xahiş etmişdir. Vətəndaşın müraciəti ilə əlaqədar verilmiş tapşırığa
əsasən Ağcabədi Telekommunikasiya Qovşağının əməkdaşları tərəfindən yaranmış
problem günün ikinci yarısında aradan qaldırılmışdır. Vətəndaş göstərilən diqqət və
qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Vətəndaş Solmaz Paşayeva yaşadığı küçədə qaz verilişinin kəsildiyini
bildirərək, bu barədə köməklik göstərmək üçün MOB-a müraciət etmiş, Müraciətlərə
Operativ Baxılma mərkəzinin əməkdaşları Tərtər RQİİ-nin Ağcabədi Xidmət
Sahəsinin rəhbərliyi ilə əlaqə yaradmış, həmin əraziyə rəhbərlik tərəfindən
nümayəndə göndərilməsi nəticəsində yaranmış problem dərhal aradan qaldırılmışdır.
Göstərilən yüksək diqqət və qayğıya görə Solmaz Paşayeva rayon rəhbərliyinə öz
dərin təşəkkürünü bildirmişdir.