Qədim bir Çin atalar sözündə belə deyilir: “Bir qadın ya kraliçadır, ya qulluqçudur ya da özüdür”. Hər Türk qadını qədim dövrlərdən bəri həmişə özü olmuş, həm döyüşçü, həm ana həm bacı və həyat yoldaşına ən yaxın sirdaş olmuşdur. Mən analarımız başda olmaqla bütün şərəf və ləyaqət timsalı qadınlarımızın 8 Mart bayramını ürəkdən təbrik edirəm.

Hörmətlə: Professor Doktor İlham ƏNVƏROĞLU
Səlcuq Universiteti, Gözəl Sənətlər Fakültəsi
KONYA/TÜRKİYƏ
***
Azərbaycanımızın bütün qadınları kimi ağcabədili xanımlar da özlərinin fədakarlığı, cəfakeşliyi, ləyaqəti, isməti, qeyrəti, vətənpərvərliyi, müdrikliyi, adət-ənənələrə sədaqətliliyi ilə yüksək dəyərə və ehtirama layiqdir. Onları mübarək gün münasibətilə təbrik edir, möhkəm cansağlığı və ailə səadəti arzulayıram.

Asif Rüstəmli
Filologiya elmləri doktoru, professor
***
“SEVGİLİ QADINLAR, XANIMLARIMIZ, İNSANLIĞIN ANAS! SİZİ SEVMƏMƏK MÜMKÜN DEYİL. SEVGİ, HÜZUR VE SAĞLIK SİZİNLE OLSUN, 8 MART GÜNÜNÜZ MÜBARƏK!” Mənim gözəl, kədərli-sevincli yerlilərim olan AĞCABEDİ qadınlarını təbrik edirəm. Xoşbəxtlik sizinle olsun!

Məzahir Ərtuğ
Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM-Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professor
***
Qadınlarımız nə qədər savadlı, dünyagörüşlü, açıq fikirli olsa, cəmiyyətimiz o qədər inkişaf edir, çünki cəmiyyətimizin gələcəyi bir ana kimi məhz qadınlardan asılıdır. Övladları böyüdən, tərbiyə edən onlardır. Ona görə də mən qadınlarımıza arzu edirəm ki, hər şey arzuladıqları kimi olsun, cəmiyyətdə çətinlikləri olmasın, dövlətimiz üçün lazımlı, dəyərli vətəndaşlar yetişdirsinlər.
Bayramınız mübarək!

Rəşad Məcid
“525-ci qəzet”in redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
***
BÜTÜN DƏYƏRLİ XANIMLARI 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM, CANSAĞLIĞI VƏ SƏADƏT ARZULAYIRAM!
Qadın
Mən min dərdlə dərdli adam,
Sən bəxti gül vuran qadın.
Addım-addım , aram-aram
Varlığıma varan qadın.
Baxışları sual olub,
Sevgisi dinməz, lal olub.
Gecə-gündüz xəyal olub
Gözlərimdə duran qadın.
Sənsiz mənə dardı dünya,
Sənsiz məni yordu dünya,
Sənsiz kardı, kordu dünya
Sənsiz dünya viran, qadın.
Nazir Rüstəmov
Əməkdar artist, şair