Azərbaycan Cənubi Qafqazda ən sabit və qüdrətli lider ölkəyə çevrilib

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında Azərbaycanın ciddi, etibarlı və böyük uğurlara imza atan ölkə olması haqqında söz açıb. Ölkə başçısı mətbuat konfransı zamanı vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə imici həmişə müsbət olub. Azərbaycan müstəqillik qazanandan sonra regional və beynəlxalq aləmdə iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiliyini uğurla qoruyub saxlayır. Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində öhdəlikləri qətiyyətlə yerinə yetirir. Azərbaycan bütün tərəf-müqabilləri ilə etibarlı tərəfdaş olduğunu təsdiq edib, müttəfiqləri ilə səmimi olub.

            Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Azərbaycan başda BMT olmaqla, beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalır, səsvermələr zamanı ədalətli qərar verib. Ölkəmiz BMT-də və digər beynəlxalq təşkilatlarda səsvermə zamanı Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir.Dövlətimiz möhkəmlənərək Cənubi Qafqazda ən sabit və qüdrətli, lider ölkəyə çevrilib.

            Bu gün hərtərəfli inkişaf edən Azərbaycan dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib. Azərbaycanın bütün sahələrdə strateji baxışı, yanaşması var. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyət və uğurlar əldə edəcəkdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər