– Bajı, nətəərsən, nağayrırsan?
– Canıma azzar qayırram.
– Boy, nooluf yenə?
– Görmürsəən, Zəriş, Təriş, Mətiş cibi, qucağı dolu getdilər məytəfdən.
– Bajın ölsün, saa hədiyyə verən olmadı?
– Az, tooba elə ollar kimi olmax lazımdı. Şagirdin gözün çıxardallar təbrik eləməsə. Valideyn də hansı məllim “tələbkar”dı, ona göndərir hər şeyi. Mən də uşaxlara o qədər dedim ki, “A bala, sizin yaxşı oxumağıız məəmçün hədiyyədi”, ay “ Kitafdan qəşəh nə hədiyyə ola bilər ki”, ay nə bilim “Bir çiçək dünyaya dəyər”…
– Hı, kitaf gətiriflər?
– Eh, kitabın təəri var yenə… Biri gedif rəziyyat dəfdərinin vərəqinə gül şəkli çəkif, altınnan da “ürəyin” içində yazıf ki, “Dünyanın ən saf, ən təmiz müəllimi, təbrik edirəm!”… Biri də gedif qəbir üstünnən-zaddan bürüşmüş bir gül gətirif. Deer məllim, o vaxt demişdıız ki, “Bir çiçəh dünyaya dəyər”… Az məni odduyan o dööl ey… Ona yannam ki, bullara dünən verdiyim dərsi büyün unudullar, amma nə vaxtsa karıxıf dediyim o sözdəri yaddan çıxartmıllar.
– A bajı, heş nə olmaz. Kişi alajax dana hədiyyə. Bəsindi. Hi… hi… hi…
– Nəə? Məndə heylə baxt nəəzir? 7 baysı var, 3 qardaşı arvadı. O da oturuf məni gözdüürdü ki, məytəfdən nə gətirsəm yığıf qırılmışdarına da aparsın… Elə Allahıma qurvan olum ey… Bir tərəfdən də yaxşı oldu… – Həə, bəs nədi? Deer sən saydığıı say, gör valideyin nə sayır. Nəysə, eey… can bajı. Allah köməyin olsun… Kadınnar günümüz mübarəh