26 fevral 2021-ci il tarixdə keçrilən mətbuat konfransında Prezident Şanlı
Ordumuzun qalib ordu olduğunu vurğulayıb. Qeyd edib ki, Müzəffər Ordu öz
hədəfinə çatdı, qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldi. Torpaqları
danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdi. Şəhidlərimizin qanını yerdə
qoymadıq , düşməndən qisasımızı döyüş meydanında aldıq. Azərbaycanın xüsusi
təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı,
fədakarlığı nəticəsində qələbəni qısa müddət ərzində əldə edə bildik.
Vətən müharibəsi eyni zamanda peşəkar komandanlıq nümunəsidir. Əldə edilmiş
böyük qələbədə bütün qoşun növlərinin öz payı var. 44 gün ərzində ərazilərin azad
olunmasında ordumuz vahid komandanlıq altinda öz vəzifəsini şərəflə yerinə yetirdi.
Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanılmasında
böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma
endirilməsində çox böyük rol oynayıb. Pilotsuz uçuş aparatları zərbə və kəşfiyyat
funksiyalarını yerinə yetirirdi. Buna görə də bütün bu əməliyyatlar uğurla nəticələnib.
Şuşanın alınması isə ayrıca bir dastandır. Bu tarixi hadisə illər ötsə də, yaddaşlarda
əbədi qalacaqdır.