17.6 C
Aghjabadi
Cümə, May 20, 2022

“Aran” qəzetinin AĞCABƏDİ VƏ AĞCABƏDİLİLƏR rublikası təqdim edir – Vaqif Cəfərov

(Rubrikamızın növbəti qəhrəmanı professor Vaqif Cəfərovdur)

Cəfərov Vagif Yəhya oğlu 1955-ci ildə Ağcabədi rayonunun Hindarx kəndində
anadan olmuşdur. 1968-ci ildə Hindarx kənd orta məktəbinin 8-ci sinfini
müvəffəqiyyətlə başa vurub, Bakı şəhərindəki riyaziyyat təmayüllü 1 nömrəli internat
məktəbinə daxil olub. O, 1970-ci ildə bu məktəbi də uğurla bitirmişdir. Həmin ildə – 15
yaşında Kirov adına Azərbaycan Dövlət Universitetinin Mekanika-Riyaziyyat
fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə bütün imtihanlardan ən yüksək – 5
qiymətini alaraq “Lenin Təqaüdü”nə layiq görülmüşdür. 5-ci kursu M.V.Lomonosov
adına Moskva Dövlət Universitetində oxumuş, universiteti bitirdikdən sonra
Azerbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitunda işləmiş və 1977-ci ildə
Rusiya EA-nın Ural elmi mərkəzində aspiranturaya daxil olmuşdur. Onun elmi
rəhbəri SSR-nin məşhur riyaziyyatçısı akademik N.N.Krasovskii idi. Həmyerlimiz
aspiranturada oxuduğu müddətdə həmçinin Riyaziyyat İnstitutu futbol komandasının
kapitanı olmuşdur.
V.Cəfərov 1982-ci ildə dissertasiyanı müvəffəqiyyətlə müdafiə edib və Kibernetika
İnstutunda baş elmi işçi vəzifəsinə yüksəlmişdir.
1990-cı ildən Bakı Dövlət Universitetində dosent vəzifəsində işləyən Vaqif Cəfərov
1993-cü ildə Türkiyənin Anadolu Universitetindən dəvət alaraq orada çalışmağa
başlamış, 2007-ci ilde Professor elmi adını almış, 2007-2013-cü illər arasında
kafedra müdiri işləmişdir.
O, elmi məqalələrin, o cümlədən 2 elmi kitabın, 3 dərs kitabının, 1 şeir kitabının
müəllifidir. Rus, Türk ve İngilis dillərini bilir.
Ailəlidir, bir qızı var.

Xəbər lenti

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Mehrablıda səyyar qəbul

            Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti...

Şərhlər