Əsrin bəlası olan koronavirus xəstəliyi dünyamızı əməlli-başlı çalxaladı. Bütün
dünyada insanlar istər-istəməz bu dəhşətli xəstəlikdən qorunmaq üçün həyat tərzini
dəyişmə və bir çox qadağalara əməl etmək məcburiyyətində oldular. Amma bu
xəstəliyin yaranmasında və tüğyan etməsində təkcə koronavirusu (COVİD-19)
günahlandırmaq doğru olmazdı. İnsanların özləri də koronavirusa qarşı ilk vaxtlar
inanmır, ona başdansovdu münasibət bəsləyirdilər. Halbuki biz olduqca ehtiyatlı və
diqqətli olmalı idik ki, bu xəstəlik geniş yayılmsın. Amma insanlar gec də olsa
anladılar ki, koronavirus xoşniyyətli qonaq deyil, onun üz-gözündən ölüm qoxusu
gəlir.
Dövlətimizin yaratdığı və nəzarətdə saxladığı koronavirusa qarşı mübarizə
tədbirləri, maska taxmaq, sosial məsafəni saxlamaq, təmizliyə ciddi şəkildə riayət
etmək yoluxmanın qarşısını xeyli aldı. Amma bununla arxayınlaşmaq, koronavirusa
biganə yanaşmaq, o, artıq səngiyib deyə qaydaları qulaqardına vurmaq yanlış haldır.
Biz əvvəlki kimi, ehtiyatı əldən verməməli, koronavirusa qarşı qorunma qaydalarına
cavabdehlik və məsuliyyətlə yanaşmalıyıq.
Hazırda dövlət tərəfindən koronavirus pandemiyası ilə əlaqədar ölkə
vətəndaşları peyvənd olunurlar. Ağcabədidə də, ölkəmizin hər yerində olduğu kimi,
pandemiyaya qarşı mübarizə kampaniyası uğurla davam etdirlir. Koronavirusa
(COVİD-190) qarşı vaksinasiya kampaniyasının rəhbəri, mərkəzi xəstəxananın şöbə
müdiri Sabir Məhərrəmov də bildirib ki, indiyədək rayonumuzda 7 min nəfər vətəndaş
vaksinasiya olunub və gün ərzində 50 yaşdan yuxarı 400-500 vətəndaş peyvənd
olunur.
… Qeyd edim ki, bu günlərdə mən də koronavirusa qarşı peyvənd olundum.
İndi artıq bu xəstəlikdən qorxum yoxdur. Rahat, sakit və ruh yüksəkliyi ilə gündəlik
işlərimlə məşğul oluram.
Adil MİSİRLİ,