16.1 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Hər iki cəbhənin döyüşçüsü

Erməni faşistləri ölkəmizə hücum etdikdə yaşından, təhsilindən, peşəsindən
asılı olmayaraq hər bir Vətən övladı torpaqlarımızı müdafiə etməyə hazır olduğunu
bildirdi. Könüllü olaraq, cəbhəyə getmək istəyənlər silaha sarılaraq azğın düşmənə
qarşı mübarizəyə qalxdılar. Ağcabədi Pedaqoji Kollecinin müəllimi Şahin Rəhimov da
belə igid oğullardandır.
Şahin Ağakişi oğlu Rəhimov 1979-cu ildə Ağcabədi şəhərində anadan olub.
O, 1986-1997-ci illərdə M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı orta məktəbində
təhsil alıb. 1997-ci ildə orta təhsilini əla qiymətlərlə başa vuran Şahin həmin il qəbul
imtahanlarında uğurla iştirak edərək, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə
daxil olub.
İstedadlı gənc universitetdə təhsil aldığı illərdə özünü bilikli, bacarıqlı və fəal
bir tələbə kimi göstərib, müəllimlərinin, tələbələrin sevimlisinə çevirilib.
Ş.Rəhimov 2001-ci ildə ali təhsilini müvəffəqiyyətlə bitirib, 2001-2002-ci illərdə
Milli Ordu sıralarında qulluq edib, hərbi xidmətdə olarkən ehtiyat zabit hazırlıq
kursuna yazılaraq, leytenant rütbəsi alıb.
Gənc pedaqoq 2002-ci ildən Ağcabədi Pedaqoji Kollecində müəllimlik
fəaliyyətinə başlayıb. O, qısa müddət ərzində savadlı, bacarıqlı dil-ədəbiyyat
müəllimi kimi tanınıb, müəllim və tələbə kollektivi arasında dərin hörmət və nüfuz
qazanıb. Şahin müəllim çox keçmədən kollecdə şöbə müdiri vəzifəsinə irəli çəkilib.
Bacarıqlı ziyalı rayonun ictimai işlərində də yaxından iştirak edib, fəal həyat
mövqeyinə, təhsildə qazandığı uğurlara görə dəfələrlə rayon icra hakimiyyətinin Fəxri
fərmanları ilə təltif olunub.
Ş.Rəhimov lap kiçik yaşlarından xalqımıza qarşı qanlı cinayətlər törətmiş
erməni cəlladlarına dərin nifrət və qəzəb hissi bəsləyib. Xocalı vəhşilikləri onda
düşmənə olan nifrəti daha da alovlandırıb. Təsadüfi deyildir ki, tanınmış ziyalı dərs
prosesində, eləcə də rayonda keçirilən tədbirlərdə erməni faşizminə sonsuz nifrətini
nümayiş etdirib, cəlladları və onların havadarlarını lənətləyib. Şahin müəllim xüsusilə
Xocalı faciəsi ilə əlaqədar təşkil olunan bütün mərasimlərə ürəkdən qatılıb, bununla
əlaqədar keçirilən petitsiyalarda daim fərqlənib. Özünün dediyi kimi, Vətən
Müharibəsi başlanarkən general Polad Həşimovun həlak olması ona çox ağır təsir
bağışlayıb. O, Qəbələyə gedərək, şəhid generalın 40 mərasimində iştirak edib, onun
qanının yerdə qalmayacağını bildirib.
Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə xaincəsinə basqın etdiyi vaxtda Milli
Ordu sıralarına çağırılan Şahin müəllim ehtiyatda olan zabit kimi, düşünmədən
vətənin səsinə səs verib. O, tağım komandiri kimi erməni vandallarına qarşı amansız
döyüşlərə atılıb. Onun başçılıq etdiyi tağım Cəbrayıl və Qubadlı istiqamətində
torpaqlarımızın azad olunması uğrunda gedən çarpışmalarda qəhrəmanlıqla
vuruşaraq, düşmənə sarsıdıcı zərbələr vurub, qələbə yürüşlərinə inamlı töhfələr
verib.
Şahin müəllim bu gün də 10 noyabr qələbə gününün sevincini unuda bilmir. O,
həmin günü ömrünün ən xoşbəxt anı hesab edir. Qazanılan qələbədə özünün və

silah yoldaşlarının payı olması ilə qürur duyur. Tağım komandiri müharibədən sonra
bir müddət Xocavənd rayonunda xidmət göstərib və çox keçmədən ordu sıralarından
tərxis olunub.
Cəsur döyüşçü bu ilin yanvarından yenidən sevimli kollektivinə qovuşub və
ürəkdən bağlandığı müəllimlik peşəsini böyük həvəslə davam etdirir. Bu gün
Ağcabədi Pedaqoji Kollecinin müəllim və tələbələri Şahin müəllimlə fəxr edirlər.
Çünki hər iki cəbhənin döyüşçüsünün mənalı həyat yolu nəsillərə ən gözəl örnəkdir.
Yəhya PAŞAZADƏ

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər