30.2 C
Aghjabadi
Bazar ertəsi, May 23, 2022

İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəssisəsi təlimlər keçirdi

“İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC Təhsil Nazirliyinin keçirdiyi “Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onların psixoloji rifahının yaradılması istiqamətində müəllimlərin peşəkar potensialının artırılması üzrə ixtisasartırma təlimləri adlı” açıq tenderdə qalib gəlib.

MMC-dən Lent.az-a verilən məlumata görə, tender çərçivəsində Təhsil Nazirliyi ilə “İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəsisəsi” MMC arasında imzalanmış 27 noyabr 2020-ci il tarixli DT-01 №-li satınalma müqaviləsinə əsasən, “Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması” və “Uşaq psixologiyasının əsasları” mövzusunda təlimlərin keçirilməsi həvalə olunub. Təlimlər 27 noyabr 2020-ci ildə başlanılıb, 22 dekabr 2020-ci il tarixində yekunlaşdırılıb.

Təlimdə ümumi və tam orta təhsil səviyyəsində tədris aparan 4500 nəfər fənn müəlliminin iştirak etməsi nəzərdə tutulub.

Uşaq psixologiyasının əsasları üzrə ixtisasartırma təliminin (distant) məqsədi şagirdlərin yaş xüsusiyyətlərini, pandemiyanın yaratdığı narahatlıq və stressin əlamətləri nəzərə alınmaqla  onların  psixoloji rifahını yaratmaq üçün orta məktəb müəllimlərinin peşəkar potensialının aktuallaşdırılmasıdır. Təlimə ölkə üzrə 1500 nəfər  müəllim cəlb edilib. Təlimlər 24 akademik saat, hər gün 3 saat olmaqla 8 gün ərzində tədris edilib.

Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması üzrə ixtisasartırma təliminin (distant). əsas məqsədi müəllimləri bullinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda onlara dəstək olmaqdan ibarətdir. Təlimə ölkə üzrə 3000 nəfər  müəllim cəlb edilib. Təlimlər 30 akademik saat, hər gün 3 akademik saat olmaqla 10 gün tədris edilib.

Təlimlər mərhələli şəkildə təşkil olunub. Birinci mərhələdə görülmüş işlər bunlardır:

– təlim keçəcək təlimçilərin seçilməsi;

– müdavimlər üçün paylama materialının hazırlanması;

– təlimçilərin hazırlanması məqsədilə təlim və seminarların onlayn keçirilməsi;

– təlimlərin distant təşkil olunması üçün Microsoft Teams proqramında qrupların yaradılması

– rayon təhsil şöbələri ilə əlaqələrin qurulması və keçiriləcək təlim haqqında ətraflı məlumatların verilməsi.

İkinci mərhələdə görülmüş işlər:

– onlayn platformada təlimlərin keçirilməsi;

– təlimlərin mütəmadi izlənilməsi.

Üçüncü mərhələdə görülmüş işlər:

– təlimçilərdən keçirilmiş təlimlə bağlı hesabatların alınması;

– yekun hesabatın hazırlanıb təqdim edilməsi.

Təlimlər keçirilərkən öncə diaqnostik qiymətləndirmə aparılıb, müəllimlərin mövzu üzrə nə dərəcədə məlumatlı olmaqları müəyyənləşdirilib. Daha sonra təşkilat tərəfindən təqdim olunmuş materiallar, slaydlar və video təlimatlar əsasında təlimlər aparılıb. Təlimlərdə qazanılmış praktik bacarıqlar müdavimlər tərəfindən hazırlanmış resurslar onlayn qruplarda yerləşdirilmiş və digər müdavimlər də o resurslardan istifadə ediblər.

Ağcabədi rayonunda 475, Ağdam rayonunda 550, Ağdaş rayonunda 350, Ağsu rayonunda 225, Balakən rayonunda 425, Bərdə rayonunda 575, Gədəbəy rayonunda 325, Goranboy rayonunda 525, Göyçay rayonunda 350, Xaçmaz rayonunda 400, Ucar rayonunda isə 300 müdavim təlimlərdə iştirak edib.

Pandemiya şəraitinin olmasına baxmayaraq təlim müdavimlər tərəfindən çox maraqla qarşılanıb, onlar iş fəaliyyətlərinin qurulmasında mövzunun praktik əhəmiyyətinin vacib olduğu vurğulayıblar. Peşəkarlıq səviyyəsinin artırılması naminə nəzərdə tutulmuş distant təlimləri təşkil etdiyi üçün təlimlərə könüllülük əsasında qoşulmuş müdavimlər tərəfindən İLM Learn Beynəlxalq Təhsil Mərkəzinə və Təhsil Nazirliyinə minnətdarlıq bildirilib.

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər