Moskvada yaşayan həmyerlimiz, şair-yazıçı Yaşar Süleymanlı Rusiya Yazıçılar Birliyi tərəfindən təsis olunmuş böyük rus şairi “Sergey Yesenin – 125” yubiley medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, həmyerlimiz bu medala “Mənim Rusiyam” şeirlər antalogiyasında dərc olunan şeirlərinə görə layiq görülüb.
Y.Süleymanov bundan əlavə, 2019-cu ildə “İlin yazıçısı” antalogiyasında dərc olunan “Kimsəsizlər üçün ev” hekayəsinə görə “Anna Axmatova – 130”, 2021-ci ildə isə “Şəhərin ən məşhur pişiyi” hekayəsinə görə “İvan Bunin – 150” medalları ilə təltif olunmuşdur.