UNUDULMAZ XANƏNDƏ

Xanəndə Mütəllim Ələkbər oğlu Mütəllimov 1909-cu ilin noyabr ayının ortalarında
aran Qarabağın Ağcabədi rayonunda anadan olmuşdur.
Atası Kərbəlayı Ələkbər tacir olmasına baxmayaraq ərəb və fars dillərini
mükəmməl bilən, əruzdan xəbəri olan savadlı və gözəl səsə malik bir şəxs olmuşdur.
Öz dövründə yaxşı qəsidə və nohələri ilə məşhur olmuşdu. Ağsaqqallar onun qəsidə və hə deməyini indi də xatırlayırlar. Balaca Mütəllim oxuyub yazmagı atasından
öyrənmişdir. Atası Kərbəlayi Ələkbər onun marağını nəzərə alıb, o vaxt Ağcabədidə
fəaliyyət göstərən realnı məktəbə gətirmişdir.
Xanəndə Mütəllim Mütəllimovun övladlarına danışdığı xatirələrdən:
“Mən dərsə özümdən 10 yaş böyük olan bibi nəvəsi şair Əhya Naimlə gedirdim.
Əhya Naim o vaxt Ağcabədidə fars və ərəb dillərini yaxşı bilən ziyalı müəllim idi. O, bizəədəbiyyatdan, fars və ərəb dillərindən dərs deyirdi.”
Xanəndə Naimdən əruz və heca vəznini öyrənmiş, onun vasitəsilə Nizami, Füzuli,
Seyid Əzim Şirvani, Vaqif və Aşıq Ələsgərin qoşmalarını sevməyə başlamışdır.
Xanəndə həmişə Əhya Naimi xatırlarmış, peşəkar xanəndə olanda onun realnı
məktəbdə öyrəndikləri köməyinə çatmışdır.
O, 1920-ci il ildə realnı məktəbin 5-ci sinfini qurtarmış və elə həmin məktəbdə
kitabxanaçı işləməyə başlamışdır. Mütəllim Mütəllimov musiqi aləminə gəlməyini belə
xatırlamışdır:
“..1922-ci ilin payızı idi. Yoldaşlarımla bağa üzüm yeməyə getmişdik. Yaxşı səsim
olduğunu bilən Seyid Ağamir (Seyid Novrnzun atası) oxumağımı xahiş elədi, onun
sözünü yerə salmayıb öz bildiyim kimi oxumağa başladım. Birdən yaxınlığımızda bir
fayton dayandığmı gördüm. Faytondan bir kişi məni çağırıb soruşdu “Ay bala kimin
oğlusan ? Dedim ki, Kərbəlayi Ələkbərin oğluyam. Bir neçə gün sonra həmin kişini bizdə


atamla söhbət edən gördüm. Məni yanlarına çağırdılar. Həmin kişinin tarzən Əliabba
olduğunu bildim. O mənə oxumaq öyrədəcəyini bildirdi. Atamla tarzən Əliabbas danışıb
getdi. Həmin vaxtdan mən Əliabbas kişinin evinə getməyə başladım. Tarzən Əliabbas
mənə bir neçə il muğamların sirlərini öyrətdi. 1927-ci ildə özü ilə bərabər Gəncə
şəhərinə apardı. Gəncə şəhərində tarzən Əliabbas məni bir toy məclisində xanəndə
Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski və Segah İslamla tanış etdi.
Əliabbas kişi musiqiçilərə tərəf gedib onlarla görüşdü və hal-əhval tutdu. Mən isə
sakit dayanıb qulaq asırdım. Birdən Cabbar əminin gözü mənə sataşdı. Əliabbas
kişidən soruşdu ki, yanındakı bu oğlan kimdir. Əliabbas kişi : “Ağcabədidən Kərbəlayi
Ələkbərin oğlu Mütəllimdir, yaxşı səsi var. Gətirmişəm ki, bir qulaq asasınız. Xoşunuza
gəlsə xeyir – duanızı verəsiniz.” – dedi.
Onlar mənə bacardığım bir şey oxumağı dedilər. Əliabbas kişi tarı götürüb
“Segah” muğamına başladı. Mən həyəcanlı olsam da, özümü ələ alıb oxumağa
başladım.
Muğam qurtarandan sonra Cabbar əmi soruşdu: “Ay bala, oxumağı kimdən
öyrənmisən? Dedim ki, Əliabbas əmidən”.

Seyid əmi dedi:
“Deyirəm axı heç kimi yamsılamırsan.Sağ ol, ay bala, yaxşı oxudun. Əruzu da
gözəl bilirsən. Əsl xanəndəsən, Allah başacan versin”,
Cabbar da , İslam da xeyir-dua verdilər. Bu, mənim ilk imtahanım oldu.
1931-ci ilin avqust ayında bəstəkar Zülfüqar Hacıbəyov Şuşaya gəlir. Bu
münasibətlə konsert təşkil edirlər. Musa Şuşiniski, Xan Şuşiniski, Zülfi Adığözəlov,
Fərzalı Novruzov (Ağcabədiniski) və gənc Mütəllim çıxış edirdilər.
Mütəllim bu konsertdə “Bayatı şiraz” muğamını ifa edir. Mütəllimin oxumağı
bəstəkar Zülfüqar Hacıbəyovun xoşuna gəlir. Xanəndə bəstəkarın dəvətilə Bakıya gedir,
tarzən Quzanlı Bəhramın müşayətilə filarmoniyada konsert verir.
Xanəndə Ağcabədiyə qayıdıb klub müdiri işləyir. Klub müdiri işlədiyi zaman teatr
truppası təşkil edir. Dahi bəstəkarımız Ü. Hacıbəyovun “Arşın mal alan” , “Əlli yaşlı
cavan”, “Beş manatlıq gəlin” operettasını tamaşaya qoyur və özü isə əsgər rolunda çıxış
edir. Bundan başqa teatr truppasına Ağcabədi gənclərindən Fərzalı Novruzov
(Ağcabədinski), Nargilə xanım, Leyla xanım, xanəndə Yaqub Məmmədov və bir çox
yeniyetmə gəncləri teatr truppasına cəlb edir.

Xanəndə 1932-ci ildə özü sevib-seçdiyi Gülxara xanımla ailə həyatı qurur.
Bu nigahdan Qəhrəman və Soltan adlı oğlanları və 3 qızı dünyaya gəlir. Xanəndə 1945-
ci ilin sentyabr ayında Ü.Hacıbəyovun 60 illik yubiley tədbirinə dəvət olunur. Yubiley
tədbirlərində öz qabiliyyətini bir daha nümayiş etdirir. Bəstəkar Ü.Hacıbəyovun təkidilə
radio verilişləri idarəsinə solist götürülür. Xanəndənin iştirak etdiyi konsertlərin birində
onun anası Səhər xanım oğluna deyir: “Ay oğul, oxuyanda deyirsən “Sənə anam
qurban, məni hər gördüyün xanıma qurban eləmə”.
Mütəllim isə cavabında : Yaxşı, ay ana, bundan sonra “sənə nənəm qurban”
deyərəm.
Mütəllim Mütəllimov “Segah”, “Segah Zabul”, “Bayatı şiraz”, “Bayatı Qacar”,
“Mahur”, “Orta Mahur”, “Cahargah” və “Mirzəhüseyin Segahı” muğamlarının gözəl
ifaçısı olmuşdur. Onun “Rast”, “Segah təsnifləri”, “Nazlı yar”, “Yaşılbaş sona”, “Olmaz-
olmaz”, “Yar şirin olar” el havaları təkraredilməzdir.
1948-ci ildə vala yazılmış “Zabul segah” muğamında Əliağa Vahidin

Söylə ey gül hansı bağın sən gülü rənasısan.
Hansı gülzarı behiştin sərvisən, tubasısan

-Rədifli qəzəli doğrudan da, təkrarolunmaz bir ifadır.
Mən xanəndə Mütəllim Mütəllimovun haqqında yazmazdan əvvəl onun hal-
hazırda Ağcabədidə yaşayan oğlu zərgər Soltanla görüşdüm. Xanəndə haqqında bir
çox xatirələrlə tanış oldum.
Mütəllim Mütəllimov öz xatirələrinin birində belə demişdi:
“Мәn Mirzə: Hüseyn Segahında həmişə Ə.Vahidin qəzəlinə, M.P.Vaqifin
qoşmalarına, S.Vurğunun qəzəllərinə müraciət edirdim.

Hər bağın, hər baxçanın bir bülbülü şeydası var,
Hər duyan qəlbin əzizim incə bir sevdası var.

Əllinci illər idi, Böyük lirik şairimiz Məmməd Rahim Ali Soveti deputat seçilmə
namizədliyini vermişdi. Seçkilərdən əvvəl təşviqat qrupu yaradılmışdır. O qrupa partiya
işçiləri ilə bərabər musiqiçilər də salınmışdı. Mən də bu briqadanın tərkibində (cənub
rayonlarından birinə yollandıq). Məmməd Rahimlə mən bir kupedə idik. Yolda şair
dünən yazdığı bir qoşmanı mənə oxudu və fikrimi soruşdu.
M. Rahim qoşmanı oxuduqca mən bu qoşmanı stolun üstündə olan qəzetin bir
kənarına yazdım. (mənə qoşmanı öyrənmək üçün onun bir dəfə üzünü köçürmək kifayət
edirdi).
Səhəri gün seçicilərlə görüşdə mən “Mirzə Hüseyin” segahını oxudum. Muğamda
S. Vurğunun və M. Rahimin aşağıdakı qoşmasını oxudum.
İpəkdir, qumaşdır sən istədiyin
Yarın xəncəridir gümüşlədiyin
Hərdən acıqlananda o dişlədiyin
Qaralmış dodağın olaydım, ay qız.
Rahim usanmazmı istədiyindən,
Ölüb qurtarmadıq yar gileyindən,
Hərdən asılmaqçın ağ biləyindən,
Qızıldan qolbağın olaydım, ay qız,

Görüşdən sonra Məmməd Rahim mənə yaxınlaşıb dedi: “Mütəllim bu qoşma heç
bir yerdə çap olunmayıb, yazdığım da iki gündür. Bu qoşmanı məndən başqa yazan
varmı?”
Mən onun əlindəki qəzeti aldım, dünən axşam kupedə öz əlimlə fars əlifbası ilə
yazdığım qoşmanı ona göstərdim.
Rahim müəllim: Mütəllim sən ki, qoşmanın üzünü köçürməklə onu yadda saxlayıb
bu cür oxudun mən daha qoşmanı çap etdirməyib sənə bağışlayıram, -dedi. Mütəllim
Mütəllimov Nizami, Fizuli, Hafiz, Seyid Əzim, Raci, Sabir, Vurgun və Əliağa Vahidin şer
incilərini ədəbiyyatçı zövqü ilə sevib seçir, arayıb-axtarır və öz oxuduğu muğamlarda
hər muğamın ruhuna uyğun olan gözəl qəzəlləri zərgər dəqiqliyi ilə seçib oxumağı, hər
muğamın özünə uyğun mətn seçməyi çox ustalıqla yerinə yetirə bilirdi.
Mütəllim Mütəllimovu Bakı kəndlərində xüsusən Kürdəxanı kəndində çox
hörmətlə qarşılayırdılar. Xanəndə öz təkrarolunmaz ifası ilə muğamsevərlərin dərin
hörmətini qazanmışdı.
Xanəndə 50-ci illərdən etibarən “Quzanlı Bəhram, Qurban Pirimov, Bəhram
Mansurov, Nadir Mansurov, Hacı Məmmədov kimi tarzənlərlə, Hafız Mirzəliyev, Tələt
Bakıxanov kimi kamança ustadları ilə birlikdə respublikamızın rayon və kəndlərində
qastrol səfərlərində olmuşdur.

Mütəllim Mütəllimovun qastrol səfərləri təkcə respublikamızla qurtarmır. Əsasən
Bakının Kürdəxanı kəndindən olan tarzən Fərman Hüseynov xanəndənin qastrol
səfərləri
barədə belə deyir:
1962-ci ildə xalq artisti Xan Şuşinski, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Şövkət
Ələkbərova, Sara Qədimova, Fatma Mehralıyeva, xalq artisti Əlibaba Məmmədovla
birlikdə qonşu Gürcüstan respublikasında qastrol səfərlərində olmuşdur. Bundan başqa
Orta. Asiya respublikalarında, o cümlədən, Qazaxıstan və Özbəkistan respublikalarında
qastrol səfərlərində olmuş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Mütəllim müəllim ömrünün son vaxtlarında, yəni 1980-1981-ci illərdə dogma
Ağcabədiyə qayıtmışdı və bir neçə ay doğma vətəndə atası Kərbəlayi Ələkbərin evində
yaşadı. Bir gün Ağcabədinin keçmiş 1-ci katibi Nadir Məşədi Abbas oğlu Abbasov
Mütəllim müəllimin evinin arxasından keçib gedirdi. Qəfildən Mütəllim əmi Nadir
Abbasovla qarşı-qarşıya gəldi. Mən işlədiyim kitab mağazası Mütəllim əminin evi ilə
üzbəüz idi. Mütəllim əmi də, Nadir Abbasov da dayandılar. Nadir müəllim Mütəllim əmi
ilə hal-əhval tutdu və dedi: “Mütəllim əmi, rayon yerində necə dolanırsan, burada sən nə
işlə məşgul olursan, darıxmırsan ki?” Mütəllim əmi isə birinci katibə dedi:
“Nadir müəllim, daha qocalmışam, istəyirəm ömrümün qalan hissəsini öz doğma
elimdə keçirim. Bir arzum var, istəyirəm Ağcabədidə bir muğam evi açam, xalqın
balalarına muğam sirlərini öyrədəm.” Nadir müəllim isə cavabında dedi ki, yaxşı olar. O,
son arzusunu həyata keçirə bilmədi. Ancaq muğam Uca Tanrının xalqımıza bəxş etdiyi
bir müqəddəs əmanətdir.Bu əmanəti qoruyub saxlamaq hər bir azəri oğlunun müqəddəs
borcudur. Mütəllim müəllimin sənəti heç vaxt yaddan çıxmayacaq və qədirbilən vətən
övladlarının qəlbində həmişə qalacaqdır.Bütün dünyasını dəyişmiş Mütəllim əmi kimi
sənət fədailərinə Allahdan rəhmət diləyirəm. Hamısının qəbri nurla dolsun. Allah rəhmət
eləsin.
Qeyd : Xanəndə 1981-ci il iyunun 1-də Bakı şəhərində dünyasını dəyişmişdir. Qəbri
Maştağa kəndində Seyidlər qəbiristanlığındadır.

Xanəndə Mütəllim Mütəllimovun həyatından

bəzi məqamlar

1950-ci ilin ortaları idi, bəstəkar Soltan Hacıbəyov Azərbaycan radiosunda Xalq çalğı
alətlərinə başçılıq edən vaxtlar idi. Xanəndə Mütəllim Mütəllimovu Soltan müəllim
studiyaya dəvət edir, burada birbaşa xanəndənin iştirakı ilə konsert veriləcəkmiş.
Mütəllim musiqiçi dostlarını da götürüb studiyaya gəlir.
Bu vaxt xanəndənin dostu kamançaçalan HafizMirzəliyev, tarzən Bəhram
Mansurovun oğlu Nadir Mansurov xanəndə ilə birlikdə studiyada idilər.
Elə bu vaxt xanəndənin həyat yoldaşını xəstəxanaya gətirirlər və onun ikinci oğlu
Soltan dünyaya gəlir. Bu xəbəri xanəndəyə çatdırmaq üçün xanəndənin böyük qızı
studiyaya zəng edir ki, atasını muştuluqlasın. Telefonun dəstəyini kamançaçalan Hafiz
Mirzəliyev götürür, həmin radələrdə Mütəllim əmi koridorda qəlyan çəkirmiş.

Hafiz müəllim soruşur ki, qızım, atana nə sözün var idi. Mənə de mən atana
deyərəm.
Xanəndənin qızı ikinci qardaşının dünyaya gəlməsi xəbərini ona çatdırır. Hafiz
müəllim isə xanəndənin qızına mütləq layiqli bir muştuluq alacağına söz verir. Xanəndə
qəlyanını çəkib qurtarır. Hafiz müəllim bu xəbəri bəstəkar Soltan Hacıbəyova çatdırır.
Bəstəkar Soltan Hacıbəyov və Hafiz müəllim bu xəbəri bilmirlər ki xanəndəyə
necə çatdırsınlar.
Soltan müəllim xanəndənin oğlu olması xəbərini böyük həyəcanla da olsa
xanəndəyə xəbər verdi. Xanəndənin radioda bu günki çıxışı o biri çıxışlara bənzəmirdi.
Belə ki, onun əhval-ruhiyyəsi çox yüksək idi. Bəstəkar Soltan Hacıbəyov elə həmin gün
xanəndənin “Orta mahur” muğamını lentə alır, xanəndə bu çıxışda bənzərsiz bir ifa edir.
Bu ifa heç bir xanəndənin təkrar etmədiyi bir ifa idi. Sizə məlum olduğu kimi bu
muğamda xanəndə Məhəmməd Fizulinin:

“Heyrət ey büt surətin gördükdə lal eylər məni”

-Rədifli qəzəlini ifa edir, bu qəzəl orta mahur muğamının axırına kimi oxunur.
Belə bir ifa tərzi ancaq Mütəllim Mütəllimova məxsus idi. O da ondan irəli gəlirdi
ki, o əruz vəzninin bütün bəhrlərindən xəbərdar idi. O istədiyi hər hansı bir qəzəli hansı
muğamda oxumağı yaxşı bilirdi.
Bəstəkar komsertdən sonra xanəndənin oğlu olması münasibətilə musiqiçi
dostlarına böyük bir qonaqlıq verir. Elə həmin qonaqlıqda Soltan müəllim təzə olmuş
oğlan uşağına öz adını verir və bundan sonra xanəndə Mütəllim Mütəllimovla: bəstəkar
Soltan Hacıbəyovun dostluğu uzun illər davam edir.

Xanəndə Mütəllim Mütəllimovun Bakı şəhərində yaşadığı dövrdə “Kürdəxanı”

kəndi ilə bağlı əhvalatlar

Mütəllim Mütəllimovun yaradıcılığının ən məhsuldar dövrü məhz Bakı kəndləri ilə
bağlı olan dövrdür. Bu dövr xanəndənin Bakı şəhərinə gəldiyi gündən, yəni 1948-ci ildən
ömrünün sonuna qədər olan dövrdür.
O vaxt Bakı kəndlərində ədəbi məclislər fəaliyyət göstərirdi. Bu məclislərdən biri
də Kürdəxanı kəndində Məşədi Məzahirin təşkil etdiyi məclis idi. Şeir məclisində iştirak
edən şəxslər ədəbiyyat, əruz bilicilərindən olan Əli Fəhmi Ələkbərov, Əkrəm Cəfər,
Seyid Tahir Ağa (yazıçı kinossenarist Həsən Seyidbəylinin dayısı), Cəfər Xəndan,
Məmmədəli Həkim və başqaları Məşədi Məzahirin yanında yığışardılar və şeir məclisləri
çox maraqlı keçərdi, səhərə kimi göstərirdi. Səhərə kimi davam edərdi.
Əli Fəhmi Ələkbərov klassik ədəbiyyatımızı gözəl bilən, əruzu mən deyərdim ki,
ondan yaxşı bilən, klassik şeirləri Nizaminin, Xaqaninin, Heyran xanımın, ələlxüsus,
Məhəmməd Füzulinin qəzəllərini onun qədər dərindən bilən bir insan mən tanımıram.

Əli Fəhmi 70-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində baş
müəllim işləyirdi. 50-ci illərdə İran şahı Azərbaycana gələndə fars və ərəb dillərini yaxşı
bildiyinə görə İran şahını o, müşayiət edirmiş. Universitetdə bizə klassik ədəbiyyatdan
dərs dediyi zaman Məhəmməd Füzulinin :

Pənbeyi daği cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim.

Rədifi ilə başlayan qəzəlini bir qoşa saat, yəni 90 dəqiqə həmin qəzəlin mənasını
açıqlamağa bəs etmədi, zəng içəri vurulandan sonra Əli müəllim həmin qəzəlin izahını
başa vurdu.
Bir dəfə Əli Fəhmi müəllimin kefi yaxşı idi, bizə bir əhvalat danışdı. Əli müəllim
hələ “Fəhmi” ləqəbinim daşımamışdan əvvəl özünün dediyi kimi Sabir adına bağdakı
çayxanada çayçı işləyirmiş. Əli müəllim deyirdi ki, Hüseyin Cavid, Mikayıl Müşviq və
adını unutduğu bir şair çayxanada çay içirmişlər, hər bir şair şeir deyirmiş, birdən
Müşviqin şeirlərinə qafiyə tapa bilməyən şairlər onların yanında onlara çay gətirən, 12-
13 yaşlı balaca Əlinin Müşviqin şeirinə bədahətən qafiyə deməsi Müşviqi çox təəccüb
qoyur. Balaca Əlini Müşviq yanına çağırır və ona deyir : “bala, bu gündən sənin adın
oldu Əli Fəhmi, yəni mənası qeybdən gələn deməkdir”.
Əli Fəhmi barəsində çox yazmaq olar, ancaq bu başqa yazının mövzusudur, ona
görə də burada mövzunu dəyişməli oluram.
Məşədi Məzahirin Kürdəxanıda-öz evində təşkil etdiyi şeir məclisinə şeir
həvəskarları, müəllimlər, həkimlər və başqa sənət sahibləri gəlirdilər. Bir gün şeir
məclisinə bir ədəbiyyat müəllimi gəlir, Əli Fəhmiyə deyir ki, mən ali təhsilli ədəbiyyat
müəllimiyəm, məni Kürdəxanı kənd məktəbinə göndəriblər ki, uşaqlara ədəbiyyatdan
dərs deyəm. Müəllimin deməyindən belə çıxır ki, o, öz işindən narazıdır. Əli müəllim
ədəbiyyat müəlliminin biliyini yoxlamaq üçün ona Məhəmməd Füzulinin aşağıdakı
qəzəlini verir ki, “müəllim, bu iki misranı təhlil et görək:

Bu dərdlər ki, mənim vardır bəyirin başına qoysan
Çıxar kafər cəhənnəmdən gülər əhli əzab oynar,

Müəllim çox səthi şəkildə bu iki misraya izahat verir. Ədəbiyyat müəlliminin
cavabı Əli müəllimi razı salmır və müəllimə belə deyir: “müəllim, bu cavabla səni nəinki
orta məktəbə heç uşaq baxçasına tərbiyəçi qoymaq da günahdır.
Bir gün Mütəllim Mütəllimovu Füzuli rayonuna toya dəvət edirlər o vaxt toy üç gün
üç geçə olurmuş. Bir ağsaqqal kişi gəlib xanəndəyə sifariş verir ki, bəs “Zabul segah”ı
oxusun, xanəndə necə lazımsa elə də oxuyur.
Səhəri gün həmin kişi yenə də Zabul segahı sifariş verir, xanəndə yenə də zabul
segahı necə lazımsa elə də oxuyur. Üçüncü gün yenə də həmin kişi gəlir, xanəndədən
“Zabul segah”ı oxumağı xahiş edir. Üçiincü dəfə xanəndə kişidən çox maraqla soruşur
ki, bəs sən üç gündür ki, eyni muğamı oxumağı xahiş edirsən. Bunu necə başa düşüm?
Ağsaqqal cavabında deyir ki, oxumağına oxuyursan, ancaq bizim yerlimiz Ağabala
Abdullayev “Zabul”un zil şöbəsində:

Səba məndən söylə o gülüzara, bülbül gülüstana
gəlsin gəlməsin.
Bu hicran düşkünü illər xəstəsi qapına dərmana
gəlsin gəlməsin.

Xanəndə indi başa düşür ki, kişinin başı muğamdan elə sən deyən çıxmırmış,
ancaq qəzələ görə bilirmiş ki, bu muğam “Zabul muğamı”dı. Xanəndə üçüncü dəfə
zabul muğamını oxuyur və zabulun zil şöbəsində Nəbatinin yuxarıdakı qəzəlini oxuyur,
ondan sonra ağsaqqal kişi Mütəllim əmidən razı qalır.
Hörmətli həmyerlimiz M.Mütəllimov 80-81-ci illiərdə fasilə ilə Ağcabədidə öz
doğma ata evində yaşamışdır.
Xanəndə Ağcabədidə olduğu vaxtlarda keçmiş birinci katib Nadir Abbasovun
təkidi ilə Ağcabədi rayon mədəniyyət evinə gələrdi və Ağcabədi “Rast” ansamblının
məşqlərində müntəzəm olaraq iştirak edərdi. Düzdür, “Rast” ansamblının tərkibində
olan bir neçə xanəndə Mütəllim əmini o dərəcədə qane etmirdi.
Onlara həmişə öz məsləhətlərini verərdi.
Bir gün “Rast” ansamblı “Rast” muğamını hazırlamalı olur, məşqlərdə iştirak edən
xanəndə ansamblın üzvlərinin bəzi nöqsanlarına göz yuma bilmirdi. “Rast” ansanbılında
o vaxt iştirak edən gənc xanəndə İmamqulu Cəfərov “Rast” muğamının “Dilkəş” şöbəsini
oxuyurdu. İmamqulunun “Dilkəş”inə qulaq asan qocaman xanəndə bir neçə dəfə onun
çatışmayan cəhətlərini göstərdikdən sonra onun oxuduğu “Dilkəşə”ə qulaq asdıqdan
sonra belə deyir: “İmamqulu, bala bu oxuduğun “Dilkəş”ə yox heç “Patkeş” də deyil.
Seyid Əşər Şirinov

Şərhlər