Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

S.Babayev layihə çərçivəsində İnklüziv İncəsənət Məktəbinin yaradılmasının əhəmiyyətindən bəhs edib. Məktəbdə əlilliyi olan tələbələrə rəsm, toxuculuq, oymaçılıq və s. istiqamətlər üzrə təlim kurslarının təşkil edildiyini, burada hazırlanmış məhsulların satış sərgisinin də təşkil edildiyini diqqətə çatdırıb. İnklüziv İncəsənət Məktəbində hazırlanan məhsulların yeni yaradılacaq Binəqədi DOST mərkəzində də nümayişi və satış-sərgisinin təşkil olunacağını bildirib.

İclasda iki illik layihənin komponentləri üzrə aparılan işlər, layihəyə yeni dəstək istiqamətlərinin əlavə olunması və yeni komponentlər üzrə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər rayonlarında fəaliyyətlərin icra edilməsi, layihənin müddətinin bu ilin sonunadək uzadılması və s. məsələlər müzakirə olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər