3.1 C
Aghjabadi

“8 rayon, 495 fermer, 649 hektar sahə”

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində torpaqlar fərdi mülkiyyətə verilib. Pay torpaqları əsasında ailə-kəndli təsərrüfatları formalaşıb və bu gün ölkədə kənd təsərrüfatının inkişafında bu təsərrüfatların üzərinə böyük məsuliyyət düşür. Lakin hazırki dövrdə fermerlərin əməkdaşlığı vacib məqamlardan biri kimi ön plana çıxır. Bu əməkdaşlıq bir çox problemlərin həllində mühüm rol oynaya bilər. “Vahid sahədə vahid əkin” konsepsiyası məhz bu əməkdaşlığı nəzərdə tutur.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-a açıqlamasında “Vahid sahədə vahid əkin” layihəsinin üstünlüklərindən danışaraq bildirib ki, hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 600 mindən artıq fermer qeydiyyatdan keçib. EKTİS-dəki torpaq məlumatlarının təhlili göstərir ki, ailə-kəndli təsərrüfatlarının böyük əksəriyyətinin sərəncamında olan pay torpaqlarının sahəsi 3-5 hektardan artıq deyil. Bu səbəbdən ölkədə xırda fermer təsərrüfatları üstünlük təşkil edir. Lakin kiçik fermer təsərrüfatlarının sərəncamında olan torpaq sahələrinin ölçüləri bu sahələrdə nəinki intensiv istehsalın təşkilini, suvarma işlərinin aparılmasını da çətinləşir. Eyni zamanda, kiçik pay torpaqlarında növbəli əkin sisteminin tətbiqi mümkün olmur və nəticədə istehsalın rentabellik səviyyəsi aşağı düşür.

Aparılan təhlillər bir məqamı da üzə çıxarıb – kiçik pay torpaqlarının xeyli hissəsi vahid ərazilərdə yerləşir. Bu massivlərdə fermerlər fərqli bitkilər becərirlər. Bu isə fermerlərin aqrar fəaliyyətdən maksimum səmərə götürməsində çoxlu çətinliklər yaradır.

Onun sözlərinə görə, geniş ərazilərdə kiçik torpaq sahəsi olan fermerlərin üzləşdikləri çətinliklər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi təhlil edilib və “Vahid sahədə vahid əkin” layihəsi həyata keçirilməyə başlayıb. Bu layihə vahid sahələrdə kiçik həcmdə pay torpaqları olan fermerlərin üzləşdikləri problemləri köklü şəkildə aradan qaldıracaq.

Yeni əməkdaşlıq modeli fermerə daha çox qazandıracaq

Vahid sahədə vahid əkin kiçik torpaq mülkiyyətçilərinə nə verir? Bu barədə danışan nazirlik rəsmisi qeyd edib ki, eyni massivdə torpaq payı olan hər fermer kanaldan öz sahəsinə arx çəkir. Nəticədə torpaqların bir hissəsi məcburən arx altına düşür və çoxlu sayda arxın çəkilməsi torpaq itkisinə gətirib çıxarır. Hesablamalara görə, kiçik torpaq sahələrinə arxların çəkilməsi təxminən 10 faiz torpaq itkisi deməkdir. Lakin fermerlər vahid massivdə yerləşən torpaqlarda eyni bitkini əkməyə üstünlük versələr, həmin torpaqlara vahid arx çəkilmiş olacaq. Bu, artıq əvvəllər çoxlu arx çəkilişinə görə itkiyə gedən torpaqların yenidən əkin dövriyyəsinə qayıtması, fermerlərin 10 faiz artıq torpaq qazanması deməkdir.

Yanaşı torpaq sahələrində fərqli bitkilərin becərilməsi istənilən halda məhsuldarlığı risk altına salır. Vegetasiya dövründə zərərvericilərlə mübarizədə pambıq sahənin dərmanlanması yanaşı sahədə yerləşən günəbaxan sahəsinə zərər verir, yaxud taxıl sahəsində alaq otlarına qarşı aparılan kimyəvi mübarizə qonşu sahədəki bostan bitkilərinə mənfi təsir göstərir. Fermerlər vahid əkin barədə razılıq əldə etdikdə isə bu problem aradan qalxacaq. Hamı eyni bitkini əkdiyinə görə eyni aqrotexniki qulluq aparılacaq, zərərvericilərə qarşı mübarizə hansısa fermerə ziyan vurmayacaq.

Vüqar Hüseynov deyib ki, “Vahid sahədə vahid əkin” konsepsiyası fermerlərin texnikaya tələbatla bağlı çətinliklərini də aradan qaldırmış olur. Əgər 20 hektarlıq sahədə 5 fərqli bitki əkilibsə, bu, şum, səpin, məhsul yığımı dövründə ən azı 5 növ fərqli texnikaya tələbatın yaranması deməkdir. Eyni sahədə bir fermerə pambıqyığan, digərinə otçalan, üçüncüsünə qarğıdalıyığan kombayn tələb olunur. Vahid massivlərdə fermerlər eyni bitkini əkdikdə texnika məsələsi aradan qalxır, şum, səpin, məhsul yığımı vaxtında həyata keçirilir və yenə də fermer qazanır.

Yeni layihənin üstünlükləri təkcə bundan ibarət deyil. Bu, ölkənin torpaq və su ehtiyatlarından səmərəli istifadəyə imkan verən, növbəli əkinin həyata keçirilməsini asanlaşdıran, ən əsası fermerin gəlirlərini artıran bir modeldir.

8 rayon, 495 fermer, 649 hektar sahə

Şöbə müdiri əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyinin “Vahid sahədə vahid əkin” layihəsi çərçivəsində bir ay ərzində Azərbaycanın 8 rayonunda vahid massivlərdə eyni bitkinin becərilməsinə dair fermer əməkdaşlığı təşkil olunub. Bu günədək Ağcabədi, Bərdə, Biləsuvar, Cəlilabad, Saatlı, Sabirabad, Şəmkir rayonlarında 495 fermer yanaşı torpaq sahələrində eyni bitki becərilməsi barədə razılığa gəliblər. “Vahid sahədə vahid əkin” prinsipi ilə əkin aparılacaq torpaqların sahəsi hazırda 649 hektar təşkil edir. “Vahid sahədə vahid əkin” prinsipi üzrə əkinə cəlb olunan torpaqlarda pambıq, taxıl, yonca, günəbaxan və kartof becərilməsi nəzərdə tutulur. Yazlıq əkinlər dövründə vahid əkin sahələrinin və əkinə cəlb olunacaq bitkilərin sayının artacağı gözlənilir. Nazirlik fermerlərə seçim zamanı rayonun hansı kənd təsərrüfatı məhsulu üzrə ixtisaslaşmasını nəzərə almağı tövsiyə edir. Bu tövsiyələrə uyğun olaraq Ağcabədi rayonunun Hüsülü, Qaradolaq, Mehrablı və Şənlik kəndlərinin fermerləri vahid massivlərdə məhz pambıq əkməyə qərar veriblər. Şəmkirin iki kəndində vahid massivdə günəbaxan, Cəlilabad və Tovuzda isə kartof becərilməsi barədə fermerlər arasında razılıq əldə olunub.

Kooperativlərə alternativ Azərbaycan modeli

“Vahid sahədə vahid əkin” yanaşması kooperativləşmə deyil, kənd təsərrüfatı kooperasiyalarının yaradılması istiqamətində bir mərhələdir. “Vahid massivlərdə eyni bitkini becərmək də, kooperativ yaratmaq da könüllülük işidir, hazırki layihəyə qoşulan fermerlər gələcəkdə kooperativ yaradıb-yaratmamağa özləri qərar verəcəklər. Bu səbəbdən “Vahid sahədə vahid əkin” yanaşması indiki mərhələdə kooperativlərə alternativ Azərbaycan modeli sayıla bilər. Bu istiqamətdə fermerlərdən gələn təşəbbüslərin artması göstərir ki, model düzgün seçilib və bu layihənin tətbiqindən istər fermerlər, istərsə də dövlət qazanclı çıxacaq”, – deyə o qeyd edib.

Mənbə: azertag.az

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər