İkinci doza vaksinasiya uğurla davam edir

Ağcabədi rayonunda vətəndaşların COVID-19 infeksiyasına qarşı vaksinasiyası
davam etdirilir. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə martın
10-dan ilkin vaksinasiya başa çatdırılıb, həmin tarixdən ikinci doza vaksinin
tətbiqinə başlanıb. Artıq ikinci doza üçün 650 nəfər vaksinasiya prosesindən
keçib. Xatırladaq ki, ikinci doza vaksin ilk peyvənd vurulmasından 28 gün sonra
tətbiq olunur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər