Müraciətlərə operativ baxılır

Müraciətlərə Operativ Baxılma Mərkəzi vətəndaşların müraciətinə vaxtında
baxılması və problemlərinin aradan qaldırılması üçün qanunvericilik tələblərinə uyğun
olaraq lazımi işlər görür. Belə ki, ötən ay ərzində Ağcabədi rayon Boyad kənd sakini
olan Tağıyev Allahverdi Mirələm oğlu MOB mərkəzinə müraciət edərək, hər iki
valideynini itirdiyini, 161 saylı hərbi hissədə 2016-cı ildən artıq MAXE vəzifəsində
işlədiyini, Vətən Müharibəsində Füzuli istiqamətlərində gedən döyüşlərdə omba
nahiyyəsindən qəlpə və diz nahiyyəsindən güllə yarası aldığını, ötən il sentyabr ayından 19 fevral 2021-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hospitalı, Bakı Sağlamlıq Mərkəzi, Yeni Klinika və Sumqayıt Hospitalında müalicə aldığını, 19 fevral 2021-ci il tarixdə 30 gün müddətində müalicəsi ilə əlaqədar məzuniyyətə göndərildiyini, hazırda yataq şəraitində ambulator müalicəsini davam etdirdiyini, maddi imkanının zəif olduğunu və müalicəsini davam etdirmək üçün kömək olunmasını xahiş etmişdir. Vətəndaşın müraciəti ilə bağlı MOB tərəfindən ətraflı araşdırmalar aparılmış və Rayon Mərkəzi Xəstəxanasına müvafiq tapşırıqlar verilmişdir. Ağcabədi RMX-dan bildirilmişdir ki, Tağıyev Allahverdi Mirələm oğluna Boyad kənd xəstəxanasının baş həkimi Rəfail Sadıqov mütəmadi olaraq baş çəkir, səhhəti ilə maraqlanır. Ona xidmət göstərmək üçün ayrıca tibb bacısı ayrılmışdır. A.Tağıyev Eyni zamanda 4 mart 2021-ci il tarixdə təcili tibbi yardım maşını ilə RMX-na aparılmış orada travmatoloq, nervpatoloq və rentgen müayinəsindən keçirilmiş və lazımi dərman preparatları ilə təmin
olunmuşdur.

“ARAN“

Şərhlər