Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi
Kitabxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi.
Pandemiya qaydalarına uyğun şəkildə keçirilən tədbirdə öncə torpaqlarımızın
azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və onların dünyasını dəyişən
analarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon MKS-nin direktoru Məhəbbət Əliyeva tarixən Vətən uğrunda
fədakarlıq göstərən qəhrəman qadınlarımız və 44 günlük müharibədə şəhid olan
yeganə xanım – Arəstə Baxışova haqqında ətraflı məlumat verdi. Onların daim
qəlblərdə yaşayacağını bildirdi.
Daha sonra kitabxananın xanım işçilərinin hər birinə bayram münasibətilə
hazırlanmış fəxri lövhələr təqdim olundu, onlara gələcək işlərində uğurlar arzulandı.
Qeyd edək ki, kitabxananın bütün filiallarının əməkdaşları tərəfindən
Azərbaycan qadınlarına həsr olunmuş videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə
nümayiş etdirlimişdir.